Bulvarda dənizə düşən qadın belə xilas edildi Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə hadisə ilə bağlı məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1968-ci il təvəllüdlü Eminova Nazilə Balaxan qızı dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Bu mövzuda digər xəbərlər:Bulvarda dənizə düşən şəxs belə xilas edildi Video
14 İyun 2025 11:04
Bulvarda dənizə düşən yeniyetmə xilas edildi Video
12 Dekabr 2024 20:25
Bulvarda dənizə düşən yeniyetmə xilas edildi VİDEO
12 Dekabr 2024 19:47
Bulvarda dənizə düşən gənclər xilas edildi Video
30 Oktyabr 2025 18:51
Baxış sayı:123
Bu xəbər 06 İyul 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















