Icma.az
close
up
RU
Kadırovun müraciəti yayıldı: “Mənim xəstəliyim...”

Kadırovun müraciəti yayıldı: “Mənim xəstəliyim...”

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bir neçə gün əvvəl kiçik oğluna təmtəraqlı toy edən Çeçenistan rəhbəri Ramzan Kadırovun müraciəti yayılıb.

Yenisabah.az xəbər verir ki, müraciətə səbəb son günlər yenidən onun səhhəti və müalicə üçün ölkəni tərk edəcəyi ilə bağlı iddialardır. Kadırovun hər iki böyük oğlu Axmat və Zelimxan 2023 və 2024-cü illərdə ailə həyatı qurublar. Kadırovun kiçik oğlunu da erkən evləndirməsi də Çeçenistan rəhbərinin səhhəti ilə izah olunurdu.

Yada salaq ki, son yayılmış xəbərlərdə Kadırovun Kreml rəhbərliyi ilə müalicəyə getməsini razılaşdırdığı bildirilirdi. Bildirilirdi ki, Kadırov çox güman ki, uzunmüddətli məzuniyyət götürməli olacaq. Bu səbəbdən Çeçenistanın müvəqqəti rəhbəri vəzifəsinə etibarlı adam təyin edilməlidir. Mənbələr ən çox ehtimal olunan namizəd kimi respublikanın baş naziri Maqomed Daudovu göstərirdilər. "Çeçenistan hakimiyyəti çox güman ki, Kadırovun müalicə üçün xaricə getdiyini rəsmi elan etməyəcək. Bu, Kadırovun səhhəti barədə məlumatların gizli saxlanılması praktikasına uyğundur" – deyə, Çeçenistan administrasiyasına yaxın mənbə qeyd edirdi. Marqarita pizza

Kadırovu Rusiyadan kənarda müalicə almağa vadar edən səbəblər də yenə spekulyasiya mövzusu olaraq qalırdı. Bildirilirdi ki, ola bilsin ki, bu, yerli tibbə inamsızlıqdır və ya bu, xüsusi bir yanaşma tələb edən ciddi xəstəlikdir. Təxminən bir il əvvəl “Novaya qazeta” Kadırovun səhhətinin pisləşməsi, o cümlədən Qroznıdakı xəstəxanada qalması və şəhərdən kənara çıxmaqdan imtina etməsi barədə məlumat verib. Eyni zamanda, BƏƏ-də transplantasiya tələb olunduğu iddia edilən böyrək problemlərindən də bəhs edilib.

May ayında Kadırov özü tutduğu vəzifədən azad olunması üçün müraciət etdiyini açıqlayıb. Daha sonra isə bildirib ki, bir çoxları onun istefa ilə bağlı səsləndirdiyi fikirlərin mənasını anlamayıblar. "Mən xahiş edə bilərəm, amma qərarı yalnız prezident verir" – deyib.

Nəhayət, Kadırov “onun xəstəliyi və ya ölümü” haqda danışanlara müraciət edərək qeyd edib ki, bədxahlarına həmin günü görmək qismət olmayacaq. Kadırov hökumətinin üzvləri ilə görüşdə bu fikri səsləndirib.
“Səhhətim barədə ucuz şeylər yazanlara müraciət edirəm: biz sağıq... Onların fikrincə, əgər insan görüşə getmirsə, o, dərhal ölür və ya artıq ölüb. Sizə bunu görmək qismət olmayacaq", – Kadırov deyib./Musavat.com


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 İyul 2025 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri