Icma.az
close
up
RU
ECO 17 ci Zirvə görüşü təşkilatın qlobal təhdidlərə cavab verə biləcək gücə çevrildiyini göstərdi

ECO 17 ci Zirvə görüşü təşkilatın qlobal təhdidlərə cavab verə biləcək gücə çevrildiyini göstərdi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Xankəndində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü regionda yeni güc mərkəzinin formalaşdığını göstərdi. Nəzərə çatdırmaq lazımdır ki, təşkilat iqtisadi əməkdaşlıq mahiyyəti daşısa da, hər halda aydındır ki, siyasi münasibətlər qaydasında olmayanda faydalı iqtisadi əməkdaşlıqdan söhbət belə gedə bilməz. ECO üzvü olan dövlətlərin münasibətlərində konsensusu mümkün olmayan problem yoxdur. Hər halda coğrafi məkanın geosiyasi vəziyyəti region dövlətlərini milli maraqlar naminə konfrantasiyadan çəkindirir. Tarixi inkişaf mərhələsinin indiki dövründə, dünyada gərgin geosiyasi proseslərin və alovlu münaqişələrin davam etdiyi dönəmdə kəskin münasibət regionun heç bir dövlətinə lazım deyil.

Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik addımlarının nəticəsi olaraq ECO-nun 17-ci Zirvə görüşünün Xankəndində keçirilməsi üzv dövlətlərin daha sıx siyasi konsolidasını göstərdi. ECO üzvlərinin müsəlman ölkələri olması, xalqların isə çox yaxın milli-mənəvi dəyərlərə sahib olmaları, təşkilatın siyasi vəhdətinin əsasını təşkil edir.

ECO-nun keçmiş Baş katibi Halil İbrahim Akça bildirib ki, təşkilat daxilində istər nazirlərin, istərsə də dövlət başçılarının keçirdiyi toplantılarda müzakirə olunan məsələyə dair (texniki məsələləri nəzərə almadan) münasibət eyni olur. Bu faktın özü tarixi, mədəni, dini və milli mentalitet baxımından yaxın olan ölkələrin siyasi və hərbi birliyinə stimul verir. Keçmiş Baş katibi hələ 2016-ci ildə Tehranda keçirilən ECO Nazirlər Şurasının iclasında deyib ki, “zamanla ECO güclü regional təşkilata çevriləcək”.

Müasir dövrümüzün “Bazar iqtisadiyyatı” iqtisadi modelinin müəllifi, görkəmli iqtisadçı alim Adam Smitin nəzəriyyəsinə əsasən “iqtisadi səbəbin diktəsi ilə siyasi yaxınlaşma zərurətə çevrilir”. Müasir dünyamızda cərəyan edən siyasi proseslər alimin nəzəriyyəsinin doğru olduğunu göstərir. Siyasi münasibətlər səmərəli iqtisadi əməkdaşlığın təməlidir. Məsələyə bu aspektdən yanaşdıqda qeyd etmək lazımdır ki, Azərbaycan ECO üzvləri olan Mərkəzi Asiya respublikaları ilə münasibətlərinin yüksək səviyyədə olmasının nəticəsidir ki, dəyəri 1 milyard avro həcmində olan Transxəzər fiber-optik ötürücü kabel xətt, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Şərq-Qərb nəqliyyat dəhlizləri kimi beynəlxalq əhəmiyyətli layihələri uğurla icra edirlər.

ECO-nun 17-ci Zirvə Sammitinin Ermənistanın işğalından azad edilən Xankəndində keçirilməsi də siyasi mahiyyətə malikdir. Üzv dövlətlərin rəhbərlərinin burada iştirakı onu deməyə əsas verir ki, bütün üzvlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, ona hörmətlə yanaşırlar. Bu amillər təşkilat daxilində siyasi müttəfiqliyin formalaşdığının göstəricisidir.

Onu da qeyd etmək lazımdır ki, ECO ölkələrinin əhalisi ifrat Qərb demokratiyasını birmənalı qəbul etmirlər. Milli əxlaqi dəyərlər bu cəmiyyətlərdə çox dərin kök saldığı üçün demokratiyanın bir sıra cəhətlərindən tamamilə imtina edirlər.

Bu ölkələr tarixən Sasanilər, Səlcüqlar, Monqol, Rus imperiyalarının, Ərəb xilafətinin tərkibində yaşayıblar. Buna baxmayaraq mübarizələr yolu ilə vahid xalq kimi özlərini qoruyub saxlayıblar. Tarixi inkişaf prosesində müstəqil dövlətlərə çevrilən bu ölkələr bir-biriləri ilə əlaqələr yaradıblar. Mərkəzi Asiya respublikaları ilə Azərbaycan arasında əlaqələr hələ SSRİ dövründə yaranıb.

Pakistanlı politoloq, beynəlxalq siyasət və təhlükəsizlik məsələləri üzrə ekspert Ədbül Rəhman Bilal qeyd edib ki, “ECO-nun çox böyük potensialı var. Qlobal arenada baş verənlər təşkilat üzvlərindən vahid mövqenin və siyasi kapitalın formalaşmasını tələb edir”. Onun fikrincə ECO ölkələrinin coğrafi yaxınlığı iqtisadi, siyasi və hərbi əməkdaşlıq üçün əlverişli şərait yaradıb.

Ankara Universitetinin professoru Toğrul İsmail ECO –nun Xankəndində keçirilən Zirvə görüşünün yekunlarını şərh edərək bildirib ki, təşkilata üzv olan dövlətlərin Avropa ilə Çin arasında yerləşməsi onların iqtisadi inkişafına təkan verməklə yanaşı siyasi birliyinin də təzahürüdür.

Professor qeyd edir ki, 2000-ci ildən başlayaraq Azərbaycanın infrastruktur layihələri həyata keçirməsi üzv dövlətləri özünə cəlb edib. Bu layihələrdən Mərkəzi Asiya respublikaları ilə yanaşı Pakistan, Əfqanıstan və İran da istifadə edib dünya iqtisadiyyatına inteqrasiya oluna bilərlər ki, bu da dövlətlərin siyasi yaxınlaşmasını şərtləndirir.

ECO-nun Xankəndi Zirvə görüşü Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni və regionda yaratdığı yeni siyasi reallıqları həzm edə bilməyən və regionda dominantlığa çalışan qüvvələr də siyasi mesaj oldu.

Rusiyada fəaliyyət göstərən Milli Tədqiqatlar Universitetinin (Ali iqtisadiyyat məktəbi) dünya iqtisadiyyatı və siyasəti fakültəsinin dekan müavini Andrey Suzdaltsev ECO-nun Xankəndi Zirə görüşü barədə “Svabodnaya pressa” (SP) saytına müsahibəsində bildirib ki, “indiki məqamda üzv dövlətlərin rəhbərlərinin işğaldan azad edilmiş Xankəndinə gəlməsi onu deməyə əsas verir ki, onlar birmənalı olaraq Azərbaycanı dəstəkləyirlər”.

SP –da dərc olunan materialda Azərbaycanın iqtisadi uğurları- ümumi daxili məhsulun 4,1 faiz artaraq 74,3 milyard dollara çatması, Avropanın 12 dövlətinə təbii qaz ixrac etməsi və digər göstəriciləri qeyd olunur və nəzərə çatdırılır ki, bu gün Azərbaycanın silahlı qüvvələri keçmiş SSRİ məkanında ən güclü ordudur.

Yuxarıda deyilənlər ECO-nun Cənubi Qafqazın lider dövləti Azərbaycanın ətrafında olması mesajı verildi.

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin şərqşünas-eksperti Albina Muratbekova deyib “Azərbaycan fəal xarici siyasət apararaq son onilliklərdə Cənubi Qafqazda flaqmana çevrilib. ECO-unun 17-ci Zirvə görüşü Azərbaycanın region və qlobal xarakterli təşəbbüslərdə aparıcı rol oynadığını ortaya qoyur”.

Ekspertin fikrincə rəsmi Bakı Xankəndi Zirvə görüşündə öz əlaqələri ilə yanaşı digər ECO dövlətlərinin də biri-biriləri ilə əlaqələrini genişləndirmək üçün dialoq ortamı yaratdı ki, bu da təşkilat daxili siyasi və iqtisadi inteqrasiyanı gücləndirdi. Azərbaycan ECO Həftəsi keçirməklə ilk dəfə olaraq üzv dövlətlərin gənclərini, qadınlarını, iş adamlarını bir araya gətirdi.

Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək ölkəmizin iqtisadi potensialını ortaya qoyaraq daha sıx iqtisadi və siyasi əməkdaşlıq üçün açıq olduğunu bəyan etdi. Təşkilatda nüvə silahına malik Pakistanın, dünya siyasətinin fəal aktoru olan Türkiyənin, enerji resursları ilə zəngin İranın təmsil olunmaları onu qüdrətli edir, nüfuzunu artırır və ən başlıcası isə verdiyi qərarlara hörmətlə yanaşılmasını təmin edir.

Beləliklə ECO-nun Xankəndidə keçirilən 17-ci Zirvə görüşünün nəticələri haqqında danışarkən 3 əsas amili qeyd etmək lazımdır. Birinci ECO regional təşkilatdan qlobal siyasətə əsaslı təsir edə biləcək quruma çevrilir. İkinci, bu transformasiyada Azərbaycanın rolu danılmazdır və ölkəmiz Cənubi Qafqazda liderliyini təsdiq etdi. Üçüncü, Azərbaycanın sülhə, mehriban qonşuluğa, iqtisadi və siyasi əməkdaşlığa yönəlmiş siyasəti üzv dövlətlər tərəfindən birmənalı olaraq dəstəklənir. Azərbaycan gələcəyi üçün iqtisadi inkişaf və siyasi zəmanəti təmin edir. Təşkilat qlobal təhdidlərə cavab verəcək imkana malik olan gücə çevrilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:34
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 İyul 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu çox ucuz vətənpərvərlik propaqandasıdır

20 Avqust 2025 17:47see311

Ürəkbulanmaya əhəmiyyət verməyən hamilə qadında ölümcül xəstəlik aşkarlandı

19 Avqust 2025 21:00see191

"Doktor Gülü" əməliyyat masasındakı qadının LÜT GÖRÜNTÜSÜNÜ YAYDI VİDEO

19 Avqust 2025 18:49see167

Yuxuda it görmək, bala it görmək, it sürüsü görmək, iti sığallamaq, itin dişləməsi... Yuxuyozma Video

19 Avqust 2025 23:20see132

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

19 Avqust 2025 19:02see130

Qarabağ ın Budapeşt zəfəri Video

20 Avqust 2025 02:51see129

ÇL: Pley offda gecənin nəticələri

20 Avqust 2025 01:23see128

Bakıda torpaq bahalaşıb VİDEO

20 Avqust 2025 00:29see127

Nəsillərə örnək olan qüdrətli poeziya Bəxtiyar Vahabzadə 100

19 Avqust 2025 21:02see127

“Qalatasaray”da ayrılıq RƏSMİ

19 Avqust 2025 22:42see123

Qurban Qurbanov: Hesabda üstünlüyümüz olsa da, bu, heç kimi aldatmamalıdır

20 Avqust 2025 01:35see122

Solaxaylarla bağlı yeni araşdırma: Risk daha böyükdür

20 Avqust 2025 02:11see122

Bakının bu rayonları qazsız qalacaq

19 Avqust 2025 23:19see121

17 maddəlik sülh sazişinin əsas elementi budur…

20 Avqust 2025 17:38see120

Moto sürən ata və oğlu ağır yol qəzasında öldü VİDEO

19 Avqust 2025 23:07see120

Burak Yılmaz bu komandanın baş mıəşqçisi oldu AÇIQLAMA

20 Avqust 2025 00:23see120

Ömrü oğlunun ölüm tarixi ilə bağlanan şəhid atası... "Anamın qucağında gözlərini yumdu"

19 Avqust 2025 21:01see119

Mayor VƏFAT ETDİ görün kimi QARDAŞI imiş... FOTO

21 Avqust 2025 10:40see117

Gəncədə 10 yaşlı uşaq bıçaqlandı Vəziyyəti ağırdır

19 Avqust 2025 21:33see115

Qələbəni “Qarabağ”lı azarkeşlərlə birgə qeyd etdilər Budapeştdən video

20 Avqust 2025 01:14see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri