Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı keçirilib
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
1 dekabr 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə test imtahanı keçirilib.
DİM-dən APA-ya verilən xəbərə görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 14 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 627, BB qrupu üzrə 2711 olmaqla, ümumilikdə 3338 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 39 imtahan rəhbəri, 311 nəzarətçi və 41 buraxılış rejimi əməkdaşı ayrılıb.
Dekabrın 2-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.
İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.
Bu mövzuda digər xəbərlər:Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı keçirildi
01 Dekabr 2024 15:44
İnzibati icraçı vəzifələr üzrə növbəti test imtahanı KEÇİRİLDİ
01 Dekabr 2024 14:39
Dövlət qulluğunda bu vəzifələr üzrə imtahan keçiriləcək
09 Mart 2025 09:03
Bu gün inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanları keçiriləcək
20 İyul 2025 07:05
Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı keçirilir
20 İyul 2025 13:35
Baxış sayı:135
Bu xəbər 01 Dekabr 2024 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















