Icma.az
close
up
RU
Dövlət qulluğunda təcrübə qazandıqdan sonra özəl sektorda işə keçid etmək inkişaf etməyə yarayır

Dövlət qulluğunda təcrübə qazandıqdan sonra özəl sektorda işə keçid etmək inkişaf etməyə yarayır

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sektor və ya şöbə müdirləri müəyyən mərhələyə çatanda, eləcə də kifayət qədər təcrübə topladıqdan sonra dövlət qulluğundan çıxıb özəl sektora keçir". Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə danışıb. Sədr qeyd edib ki, bu da dövlət qulluğunda alınan əməkhaqqı ilə müqayisədə yüksək məbləğlə əlaqəlidir, özəl sektor artıq dövlət qurumlarında çalışan püxtələşmiş mütəxəssisləri işə cəlb etməyə qadirdir.

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dövlət sektorunda çalışan şəxslərin müəyyən təcrübə topladıqdan sonra özəl sektora meyl etməsinin müşahidə olunması ciddi bir problemdir. Çünki Azərbaycanda dövlət sektoru ilə bərabər, özəl sektorun, biznes sektorunun inkişaf etdirilməsi prioritetdir.

İlqar Orucov

“Bütün insanlar təbii ki, dövlət sektorunda çalışa bilməzlər və eyni zamanda özəl sektoru, sahibkarlığı, biznes sektorunu inkişaf etdirməliyik. Bu sahənin inkişafı peşəkar kadrlardan çox asılıdır. Bu baxımdan dövlət qulluğunda təcrübə toplamış insanların dövrü olaraq, özəl sektora transfer məsələsində hər hansı bir problem yoxdu. Əksinə hesab edirəm ki, o insanlar dövlət sektorunda çalışdığı zaman əldə etdikləri bacarıqları, bilikləri, eyni zamanda qanunun aliliyini, qanunauyğunluğu doğru idarəetməni özəl sektora gətirmiş olurlar”-deyən İlqar Orucov qeyd edib ki, özəl sektor deyəndə biz təkcə biznes sektoru deyil, eyni zamanda istehsalatı da başa düşməliyik və özəl sektor həm də innovasiyaların tətbiqi deməkdir.

Ekspertin fikrincə, özəl sektora dövlət sektorundan kadrların transferi dövlət sektoru üçün əlavə problemlər yaratmır. Çünki hər il Azərbaycanın ali təhsil müəssisələrini 10 minlərlə gənc bitirir. Eyni zamanda xaricdə dövlət proqramı çərçivəsində təhsil alan xeyli sayda gənc hər il təhsillərini başa vurub ölkəmizə dönürlər.

"Bilirsiniz ki, onların dövlət qurumlarında çalışmaları ilə bağlı hər hansı dövlət qulluğu imtahanı belə tələb olunmur və bütövlükdə dövlət sektorunda bizim ölkəmizin kadr potensialı və və kadrlarla təminat baxımından hər hansı bir problemimiz yoxdur. Özəl sektorda savadlı, bacarıqlı, peşəkar insanların olması həm də özəl sektorun daha dayanıqlı inkişafı və daha peşəkar surətdə idarəetmə deməkdir”-deyə İlqar Orucov əlavə edib.

Təhsil eksperti qeyd edib ki, bəzən insanlar öz bacarıqlarını və biliklərini daha sərbəst şəkildə ifadə etmək istəyirlər. İlqar Orucov hesab edir ki, özəl sektor da dövlətin inkişafı naminə çalışır.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Dekabr 2024 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri