Icma.az
close
up
RU
Dövlət qulluqçuları mükafat və əlavələrini bu şəkildə ala biləcəklər

Dövlət qulluqçuları mükafat və əlavələrini bu şəkildə ala biləcəklər

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dövlət qulluqçuları bəzən bundan narahat olurlar ki, yəqin, mükafat, əlavə almayacağıq və s. Amma onlar uduzmayacaqlar. Əməkhaqqında artım olacaq. Onlar alacaqları əlavəni və mükafatı hər ay stabil olaraq əməkhaqqının tərkibində ala biləcəklər". 

Bunu "Unikal"a açıqlamasında "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası"nın İcraiyyə Komitəsinin sədri, ƏƏSMN yanında İctimai şuranın üzvü Sahib Məmmədov deyib. 

Onun sözlərinə görə, əməkhaqqına artım edilməklə vahid və sabit bir əməkhaqqı sistemi tətbiq ediləcək: "Hazırda qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, dövlət qulluqçularının maaşı dövlət maaşından, ona edilən əlavələrdən və mükafatlardan ibarətdir. Əlavələr də, əsasən, iki hissədən ibarətdir: Staja və hakimiyyət səlahiyyətinə görə. İndi bunların hamısı optimallaşdırılacaq.

Bunun müsbət tərəflərindən biri odur ki, gənc dövlət qulluqçuları əlavələr ala bilmirdilər. İndi onların əməkhaqqında atım olacaq və bu, gəncləri dövlət qulluğuna gəlməyə həvəsləndirəcək. Mən özüm Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın üzvüyəm və bilirəm ki, gənclər çox vaxt aşağı əməkhaqqına görə dövlət qulluğuna gəlmirlər. 

İkincisi, burada sui-istifadə halları ola bilirdi. Yəni birinə verilirdi, birinə verilmirdi və s. İndi onun qarşısı alınacaq. Həm də bunu proqnozlaşdırmaq artıq dövlət üçün asan olacaq. Məsələn, bilinir ki, dövlət qulluğunda nə qədər şəxs var və onlara nə qədər əməkhaqqı ödəniləcək. 

Dəyişiklikləri hazırda həyata keçirilən dövlət idarəetmə sisteminin optimallaşdırılması ilə bağlı yeniliklər çərçivəsində həyata keçirilən müsbət bir islahat hesab edirəm". 

Qeyd edək ki, dövlət qulluğunda mükafat sistemi, dövlət qulluqçusuna staja, hakimiyyət səlahiyyətinə görə, habelə vəzifə maaşının müəyyən edilmiş misli qədər verilən, dövlət büdcəsi hesabına ödənilən əlavələr, həmçinin dövlət qulluqçuları üçün müalicə müavinəti ləğv edilir. Dövlət qulluqçularının təminatlarından ləğv edilmiş bu əlavələr onların vəzifə maaşlarının baza hissəsinə daxil edilib.

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://unikal.az
archiveBu xəbər 19 Mart 2026 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri