Icma.az
close
up
RU
Dövlət qurumları 1 İyunu belə qeyd etdi SORĞU

Dövlət qurumları 1 İyunu belə qeyd etdi SORĞU

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə dövlət qurumlarının keçirdiyi tədbirlər və təşəbbüslər maraq doğurur.

Modern.az dövlət qurumları arasında mövzu ilə əlaqədar sorğu keçirib.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətinin rəisi Ləman Hüseynzadə saytımıza açıqlamasında məhkum qadınların övladları ilə görüşünün nəzərdə tutulduğunu deyib:

“Hər il olduğu kimi, bu il də 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınların azyaşlı övladları ilə birgə vaxt keçirmələri üçün görüşün keçirilməsi nəzərdə tutulur”.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov qurumun atdığı addımları belə sıralayıb:

“Stansiyalarda uşaqların dili ilə metropolitendən istifadə qaydaları səsləndirilir. Daha bir sosial aksiya çərçivəsində mərkəzi stansiyalarda uşaq ədəbi personajlarının geyimlərində azyaşlı sərnişinlərlə görüş keçirilib, şəkil çəkdirilib, söhbətlər aparılıb və s.”

Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi Elvin Hacıyev uşaqlar arasında yarış keçirildiyini söyləyib:

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı biz, Baş Dövlət Yol Polisi İdarəsi olaraq, 1 Saylı Gənclər İnkişaf Mərkəzində şagirdlərlə, uşaqlarla birgə tədbir həyata keçirdik. Uşaqlar arasında rəsm yarışı keçirildi. Daha sonra ibtidai biliklərin yenilənməsi, uşaq travmatizminin qarşısının alınması, uşaqların iştirakı ilə bağlı yol-nəqliyyat hadisələrinin qarşısının alınması ilə bağlı onlarla maarifləndirici söhbətlər aparıldı. Yol hərəkəti qaydaları onlara təkrar izah olundu. Ümumiyyətlə, BŞDYPİ olaraq şagirdlərlə, tələbələrlə mütəmadi görüşürük. Yol hərəkəti qaydalarını onlara aşılayırıq. Baş verən nəqliyyat hadisələrinin görüntülərini onlara göstəririk. Çalışırıq ki, ibtidai yol hərəkəti qaydalarını onlara mütəmadi xatırladaq. Məqsədimiz onların mənzil başına rahat və təhlükəsiz şəkildə çatması, yaxşı şəkildə böyümələridir. Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq bizim borcumuzdur. Uşaqlardan xahişimiz tövsiyələrimizə riayət etmələridir. Valideynlərdən də istəyimiz odur ki, yol hərəkəti qaydalarını mütəmadi şəkildə övladlarına aşılasınlar”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin şöbə rəisinin müavini Ehtiram Quliyev uşaqların suallarının cavablandırıldığını qeyd edib:

“Fövqəladə Hallar Nazirliyi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə “açıq qapı günü” tədbirləri keçirilib.

Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və regional mərkəzlərinin birgə təşkilatçılığı ilə şəhid övladları üçün keçirilən tədbirlərdə FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin regional mərkəzlərinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb. Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub.

Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi uşaq təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bir neçə tədbirin keçirildiyini bildirib:

“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu tərəfindən “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində Xankəndi şəhərində yaşayan uşaqlar üçün genişmiqyaslı səyyar tibbi müayinələr təşkil olunub.

Bu təşəbbüs azad olunmuş ərazilərə qayıdan ailələrin övladlarının keyfiyyətli səhiyyə xidmətlərinə çıxışını gücləndirmək və uşaqların sağlam inkişafını dəstəkləmək məqsədi daşıyıb... Ümumilikdə 310-a yaxın uşaq tibbi baxışdan keçirilib.

Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kolleci 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid övladlarımız üçün bayram tədbiri keçirib”.

Dövlət Statistika Komitəsinin mətbuat katibi Mehman Mehdiyev isə suala belə cavab verib:

“Dövlət Statistika Komitəsi tərəfindən 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə xüsusi tədbir nəzərdə tutulmayıb. Bununla belə, Komitənin rəsmi sosial media hesablarında bu əlamətdar günlə bağlı paylaşım edilib, 18 yaşa qədər uşaqların cari il yanvarın 1-i vəziyyətinə sayı, o cümlədən yanvar-mart aylarında doğulan uşaqların statistik göstəriciləri açıqlanıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyun 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri