Icma.az
close
up
RU
Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib AZƏRTAC

Dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 dekabr, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan tədbir iştirakçı komandaların təqdimatı ilə başlayıb. Sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov çıxış edərək Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirin yüksək səviyyədə keçiriləcəyini deyib: "Heydər Əliyev daim idmana öz qayğısını göstərir, futbola xüsusi rəğbətlə yanaşırdı. Federasiya olaraq çalışırıq ki, bu idman növünə diqqət yetirək və xüsusilə gənclər arasında minifutbolu inkişaf etdirək. İldən-ilə komandaların sayının çoxalacağına, rəqabətin artacağına ümid edirik”.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev turnir iştirakçılarına uğurlar arzulayaraq, bundan əvvəlki yarışların çox böyük marağa səbəb olduğunu bildirib. O, budəfəki turnirin də eyni qaydada keçiriləcəyinə əminliyini ifadə edib.

Gənclər və idman naziri Fərid Qayıbov turnirin təşkili üçün AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşəkkürünü bildirərək, hər il yarışların maraqlı və gərgin keçdiyini qeyd edib. Onun sözlərinə görə, turnirin final matçlarında tribunalar hər zaman azarkeşlərlə dolu olub.

Daha sonra turnir açıq elan olunub. Yarış Baş Prokurorluq və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti komandaları arasında oyunla start götürüb.

Qeyd edək ki, turnirdə 39 komanda iştirak edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Dekabr 2024 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri