Icma.az
close
up
RU
Dövlət qurumlarında çalışan işçilər üçün antikorrupsiya davranışı təlimi keçirilib

Dövlət qurumlarında çalışan işçilər üçün antikorrupsiya davranışı təlimi keçirilib

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikası Prezidentinin 3199 nömrəli 04 aprel 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə “Tədbirlər Planı”nın icrasının təmin olunması ilə əlaqədar olaraq Yasamal Rayon İcra Hakimiyyətində rayonunda fəaliyyət göstərən təhsil, səhiyyə, bələdiyyə, mədəniyyət və digər dövlət qurumlarında antikorrupsiya davranış modelinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məqsədilə “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin iştirakı ilə maarifləndirmə təlimi keçirildi.

"Unikal" xəbər verir ki, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planı fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə sahəsində birgə fəaliyyətinə xidmət edir, həmçinin korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birlikdə sistemli və əlaqəli şəkildə yerinə yetirilməsinə imkan yaradır. Ölkəmizdə inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya qanunun aliliyinə və sosial ədalət prinsiplərinə ciddi təhlükə yaradır, iqtisadi və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına maneçilik törədir. Korrupsiya tarix boyu bütün cəmiyyətlərin üzləşdiyi əsas problemlərdən olmuşdur və bu gün də dünya ölkələrində aktual problemlərdən biri olaraq qalır. Korrupsiyaya qarşı mübarizənin intensiv və davamlı olması, korrupsiyanın qarşısının alınması ilə bağlı müasir tələblərə uyğun effektiv mexanizmlərin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Yasamal Rayon İcra Hakimiyyətində keçirilən maarifləndirmə təlimində geniş təqdimat keçirilmişdir. Təqdimatda Əliməmməd Nuriyev həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı mübarizədə yeni təşəbbüslərin irəli sürülməsinin zəruri olduğunu və bu sahədə icra edilən tədbirlərin korrupsiyaya şərait yaradan hallarının və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və nəticələrinin qarşısının alınmasına yönəlməsindən danışmışdır.

Təlimdə fikir bildirənlər respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin cənab Prezident İlham Əliyevin rəhbərliyi dövründə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildirmiş, korrupsiya və rüşvətxorluqla məşğul olmağın hüquqi məsuliyyətindən danışmışlar.  

Yasamal Rayon İcra Hakimiyyəti əlaqədar dövlət qurumları ilə birlikdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası üzrə işlərin yerinə yetirilməsini bundan sonra da davam etdirəcəkdir.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 09 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri