Dövlət qurumlarında kağız istifadəsi kəskin azalıb
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
“Rəqəmsal sənəd dövriyyəsi dövlət qurumlarında kağızdan istifadənin əhəmiyyətli dərəcədə azalmasına imkan yaradıb”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyətinə dair illik mətbuat konfransında qurumun İdarə heyətinin sədri Fərid Osmanov deyib.
Onun sözlərinə görə, 2025-ci ildə rəqəmsal sənəd dövriyyəsi sisteminə 1319 qurum inteqrasiya olunub. Bu müddət ərzində təxminən 31 milyon sənədin rəqəmsal formada dövriyyəsi təmin edilib, ümumilikdə 2 milyonadək sənəd paketi göndərilib.
Sədr bildirib ki, rəqəmsal sənədləşmə nəticəsində 5700 ağacın kəsilməsinin qarşısı alınıb. Statistikaya əsasən, sənəd dövriyyəsinin həcmi 2023-cü ildə 16,7 min olduğu halda, 2024-cü ildə 611 minə, 2025-ci ildə isə 1,9 milyona yüksəlib. Ümumi dövriyyə həcmi 2,6 milyon təşkil edib:
“Bu göstəricilər rəqəmsal sənəd dövriyyəsinin dövlət idarəçiliyində geniş tətbiq olunduğunu və səmərəliliyin artdığını göstərir”.
Zeynəb Rzayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 02 Fevral 2026 10:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















