Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Dövlət qurumlarının ötür ötür oyunu Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir VİDEO

Dövlət qurumlarının ötür ötür oyunu Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir VİDEO

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Badamdar qəsəbəsində dövlət qurumlarının razılığı və müvafiq sənədləşmə olmadan təhlükəli ərazidə tikilən, yolu olmadığı üçün neçə vaxtdır sakinlərin narahatlığına səbəb olan Laçın qaçqın məktəbi ətrafında qalmaqal davam edir. Sakinlər iddia edirlər ki, vaxtilə məktəb qaçqın uşaqların təhsil alması bəhanəsi ilə gecə ikən qondarılıb. Elə o vaxtdan Səbail rayonu, 1-ci massiv, Topçubaşov küçəsi, 246 ünvanında yaşayan sakinlərin rahatlığı pozulub. Belə ki, onların dediyinə görə, məktəbə gedən yol bələdiyyədə işçiləri tərəfindən satılıb və onun yerində obyekt tikilib. Bir tərəfi uçurum olan, digər tərəfində obyekt tikilən məktəb faktiki olaraq, yolsuz qalıb.


Sakinlərin dediyinə görə, onlar vaxtilə humanizm naminə direktor Piyalə Xudayarovanın xahişini nəzər alaraq, öz həyətlərindən məktəbə çığır ayırıblar. Ancaq bir müddətdən sonra direktor və müəllimlər həmin yoldan məktəbə avtomobillərlə gedib-gələməyə başlayıblar. Bununla da sakinlərlə məktəb rəhbərliyi arasında problemlər yaranıb.


Qapılarının küçəyə açıldığını, evdə azyaşlı uşaqların olduğunu əsas gətirən sakinlər deyirlər ki, direktor və müəllimlərin onların həyətindən avtomobillə keçib getməsi uşaqların həyatına təhlükə yaradır. Bu səbəbdən dəfələrlə onlara məxsus həyətdən avtomobil yolu kimi istifadə edilməsinə etiraz etsələr də, məktəb rəhbərliyi buna məhəl qoymayıb.


Daha bir narazılıq isə məktəbin darvazasının qonşuluqda yaşayan Zəminə Zahirovanın evinə bərkidilməsidir. Ev sahibi iki ildir bununla bağlı məktəbin direktoruna, eləcə də müxtəlif dövlət qurumlarına müraciət etsə də, nəticəsi olmayıb.


Dünən isə Z.Zahirova, eləcə də digər sakinlər - Nadir və Təranə Zahirovalar məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İradəsində olublar. Onların dediyinə görə, ötən ilin sentyabrında İdarənin müdiri Fuad Bədəlov darvazanın söküləcəyini vəd etsə də, aradan 4 aydan çox vaxt keçməsinə baxmayaraq, bu vədə əməl olunmayıb.

Z.Zahirovanın sözlərinə görə, darvazanın evindən ayrılması üçün Səbail Rayon İcra Hakimiyyətinə, Elm və Təhsil Nazirliyinə, Prezident Administrasiyasına və digər qurumlara müraciət edib:


"Həmin qurumlardan məktub və cavab gəlsə də, nə Elm və Təhsil naziri Emin Əmrullayev, nə də Şərqi Zəngəzur Regional Təhsil İradəsinin müdiri Fuad Bədəlov şikayətimə cavab vermədilər. Məqsədin nə olduğunu başa düşmürəm. Sentyabr ayında yenidən məktubla müraciət etdim, dedilər ki, baxacağıq. Ancaq başımın altına yastıq qoydular. Dekabr ayında 3 dəfə Fuad Bədəlovun qəbulunda olmuşuq. Yanvarın 14-də yenidən İdarəyə getdim. Lakin dəhlizdə bizi qarşılayan səlahiyyətli şəxs dedi ki, bu gün qəbul olmayacaq. Dedim, əgər qəbul yoxdursa, onda saytdan qəbul günü ilə bağlı məlumatı silin. Çünki orada bildirilir ki, həftənin çərşənbə axşamı günləri Fuad Bədəlovun qəbul rəsmi qəbul günüdür. Çox təkid etsələr də, mən qulaq asmadım. Sonra dedilər ki, Bədəlov iclasdadır və otağında 10 nəfər var. Buna baxmayaraq, mən qanunauyğun olaraq, onu gözlədim. Sonda öz gözlərimlə şahid olmaq üçün qapını döyüb açdım və gördüm ki, Bədəlov tək oturub, heç bir iclas yox idi. Mənə yalan danışdılar. Əgər Şərqi Zəngəzur Regional Təhsil İradəsinin müdiri vətəndaşa bu cür yanaşır, yalanlar deyirsə, görün direktorlar, müəllimləri nə qədər yalan danışır. Məni niyə qəbul etmirdi, heç cür başa düşə bilmirəm".

Z.Zahirova F.Bədəlovun qəbulunda olarkən, idarə müdiri ona Elm və Təhsil Nazirliyinin Təchizat İdarəsinin Hafiz Hüseynovla əlaqə saxlamağı tövsiyə edib:

"Bədəlovun göstərişi ilə mənə bir nömrə verildi, deyildi ki, ora zəng edim, ayın 16-da gəlib şikayətinizi araşdıracaqlar. Mən məktəb rəhbərliyinin qanunsuz addımları ilə bağlı Birinci vitse-prezident Mehriban xanım Əliyevaya da müraciət etmişəm. Müraciətim Bakı Şəhər İcra Hakimiyyətinə, orada isə Səbael rayon İcra Hakimiyyətinə yönəldilib. Hər iki qurumdan məıktub almışam. Səbael rayon İcra Hakimiyyətindən bildiriblər ki, məsələnin həlli ilə bağlı aidiyyatı dövlət qurumlarına müraciət olunub. Ümid edirəm ki, bizim şikayətimiz nəzrə alınacaq. Məktəb rəhbərliyi nin həyətimzidən maşın yolu kimi istifadə etməsi azmış kimi, bizə təzyiq göstərməyə davam edir. Mən öz həyətimdə ağac əkirəm, 2 saatdan sonra polis bölməsi məni çağırır. Evimə qonaq gəlir, yenə bölməyə çağırlar, həyətimdə abadlıq işi görürəm, bölmə məni çağırır. Bunların hamısını məktəb direktoru Piyalə Xudayarova edir".


Şikayətçinin dediyinə görə, vaxtilə məktəbin qanuni yolu bələdiyyə tərəfindən satılanda direktor Piyalə Xudaverdiyeva buna etiraz etməyib. Hətta deyilənə görə, yolu torpaq sahəsi kimi onun bələdiyyədə işləyən qohumu satıb:

"Sonra bizdən xahiş elədilər ki, həyətinizdən bizə piyada gedib-gəlməyə yol verin. Biz də dedik, nə olar, məktəbdir, qoy uşaqlar gedib gəlsin.


Sonra maşınlarla gedib gəlməyə çalışdılar. Biz narazı qaldıq və şikayət etdik. Bundan sonra onlar əl-ayağa düşdülər, müxtəlif dövlət orqanlarına yazıdılar ki, guya həmin yol məktəbin təxliyyə yoludur. Faktiki məktəbin heç bir təxliyyə yolu yoxdur. Yolu satıblar. Məktəbin bir tərəfi də uçurumdur. İndi bizim qanuni həyətimizi əlimizdən almaq istəyirlər. Məktəbin darvazasını da gətirib evimə bərkidiblər".


Məsələ ilə bağlı Şərqi Zəngəzur Regional Təhsil İradəsiylə əlaqə saxladıq. İdarənin özünü təqdim etməyən əməkdaşı suallarımıza cavab verməkdən imtina edib, telefonu söndürdü.


Zaur, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 Yanvar 2025 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see352

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see293

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see268

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see265

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see234

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see231

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see217

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see204

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see200

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see195

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see183

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see181

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see181

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see180

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see131

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see130

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see128

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri