Dövlət qurumlarının ötür ötür oyunu Sakinlər narazıdır
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Təbriz və Mirzə Qədim İrəvani küçələrinin kəsişməsindəki dəmir məhəccərin qırılması və illərdir bərpa edilməməsi sakinlərin narazılığına səbəb olub.
Bakupost.az- xəbər verir ki, bu barədə sosial şəbəkədə bildirilib.
Sakinlərdən biri qeyd edib ki, o, məhəccərin bərpası ilə bağlı “ASAN müraciət” portalı vasitəsilə Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə müraciət edib. Lakin hər üç qurum problemin həllinin onların səlahiyyətinə aid olmadığını bildirib.
Digər bir sakin isə bildirib ki, məhəccərin bu vəziyyətdə qalması artıq uzun müddətdir davam edir:
“Təxminən il yarım əvvəl həmin yerə avtomobil çırpılmışdı. O vaxtdan bəri məhəccər bu vəziyyətdə qalıb”, - deyə o qeyd edib.
Sakinlər bildirirlər ki, məhəccərin bərpa olunmaması piyadaların həyatı üçün ciddi təhlükə törədir.
Lalə, BakuPost


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 10 Oktyabr 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















