Icma.az
close
up
RU
“Dövlət qurumlarının ötür ötür oyunları böyük narazılıq yaradır” Sakinlər Prezidentə müraciət etdilər

“Dövlət qurumlarının ötür ötür oyunları böyük narazılıq yaradır” Sakinlər Prezidentə müraciət etdilər

Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Nərimanov rayonu, Faiq Yusifov küçəsi, bina 43 və 43a binalarını qanunsuz şəkildə sökərək yerində çoxmənzilli bina inşa etmək istəyən “Gold Məkan” MMC tikinti şirkəti sakinlərin etirazına, heç bir rəsmi qurumdan icazə almamasına rəğmən artıq bir neçə aydır ki, qanunsuz şəkildə ərazidə söküntü işləri aparır.

Qeyd edək ki, bina sakinləri sözügedən şirkətin onlara təklif etdiyi məbləğlə razılaşmadıqları üçün mənzillərini boşaltmaq istəmirlər. Lakin “Gold Məkan” şirkəti problemi həll etmək, razılığa gəlmək əvəzinə söküntü işlərinə mane olmaq istəyən sakinlərə fiziki zorakılıq tətbiq edir. Binaları söküləcəyi təqdirdə prsosesin qanuni əsaslarla icra olunmasını tələb edən sakinlər isə üzləşdikləri qanunsuzluqlarla bağlı lazımi orqanlara müraciət etsələr də, indiyədək bunun ciddi bir faydasını görmədiklərini deyirlər.

Bu barədə binanın bir qrup sakini adından “AzPolitika”-ya müraciət edən biri Fətullayeva Adilə Adil qızı ötən ilin mart ayından Nərimanov rayon Məhkəməsi tərəfindən aparılan mülki məhkəmə işinin az qala bir il vaxt keçməsinə baxmayaraq hələ də yekunlaşmadığını bildirir: “Nərimanov rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16(005)- 84/2024 saylı, 12.03.2024-cü il tarixli qərardadına əsasən, məhkəmənin icraatında olan 2(005)-1871/2024 saylı mülki iş üzrə yekun qərar qəbul edilənədək binanın ətrafında söküntü, tikinti və binanı qəzalı vəziyyətə sala biləcək hər hansı bir fəaliyyət göstərilməsi “Gold Məkan” MMC-yə qadağan edilib. Ötən ilin avqustunda ekspertiza təyin olundu. Burada bizim binanın qarşısındakı yataqxanalar söküləcəyi təqdirdə bizə nə dərəcədə ziyan dəyə biləcəyi, yollarda gediş-gəlişin hansı səviyyədə məhdudlaşacağıyla bağlı suallar qoyuldu. 7 noyabr tarixində əraziyə baxış keçirilsə də, Ədliyyə Nazirliyinin Ekpertiza İdarəsindən sorğu ünvanlandı ki, Fövqəladə Hallar Nazirliyinin də nümayəndəsi burada iştirak etsin. Lakin FHN iş çoxluğuna görə nümayəndə göndərə bilmir və bu səbəbdən də rəy almaq mümkün olmur. 6 aydır ki, ekspertizanın rəyini gözləyirik. Hətta bir dəfə rəy verilmədən məhkəməyə məktub göndərilib. Bu səbəbdən hakim Solmaz Ədilova yenidən sorğu ünvanlayıb və ekspertiza rəyi tələb edib”.

Şikayətçi qeyd edir ki, sözügedən müddət ərzində “Gold Məkan” MMC qanunsuz söküntü işlərinə davam edib.

“Fövqəladə Hallar Nazirliyi sözügedən şirkətə qarşı cinayət işi açıb. Müvafiq qurumların qərarlarına baxmayaraq, heç bir sənədi olmayan şirkət hələ də qanunsuz şəkildə yaşayış olan binaları sökməyə davam edir. Bir bina artıq sökülüb. İndi isə ikinci binanı sökürlər”, - deyə şikayətçi qeyd edir.

A. Fətullayeva Nərimanov rayon İcra Hakimiyyətinin fəaliyyətindən narazılıq edir, baş verən hadisələrin bu mərhələyə çatmasında sözügedən qurumu günahlandırır: “Bütün qurumlara müraciət etmişik. Yazmadığımız, qapısını döymədiyimiz qurum qalmayıb. Nərimanov rayon İcra Hakimiyyəti heç nə etmir. Qanunsuz söküntüyə göz yumur. Hakim Meminat Hacyıevanın sədrliyi ilə keçirilən məhkəmədə bildirilmişdi ki, icra hakimiyyətinin nümayəndələrinin məhkəməyə gəlməsi zəruridir. Lakin gəlmədilər. Əvəzində “Gold Məkan”ın nümayəndəsi üçüncü tərəf kimi məhkəməyə gəlmişdi. Lakin biz bildirdik ki, onlar bizə tərəf deyil. Çünki 15 dekabr tarixində FHN-nin qərarı ilə işlər dayandırılıb və onların heç bir icazələri yoxdur. 17 dekabrda isə Nərimanaov Prokurorluğu tərəfindən cinayət işi qaldırlıb. Meminat Hacıyevə məhkəməni təxirə saldı və 17 fevral tarixinə təyin etdi. Nərimanov rayon Məhkəməsinin sədri Həbib Həsənovun göstərişi ilə məhkəmə uzadılır”.

Aidiyyatı dövlət qurumlarının məsələyə etinasız yanaşmasından şikayətlənən A. Fətullayeva sonda sakinlərin adından Prezident İlham Əliyevə müraciət edərək məsələnin araşdırılmasını və bu barədə lazımi tədbirlərin görülməsini xahiş edir:" Dövlət qurumlarının "ötür-ötür" oyunları vətəndaşların böyük narazılığına səbəb olur. Cənab Prezidentdən xahiş edirik ki, vu məsləni nəzarətinə götürsün".

Qeyd edək ki, yazıda qeyd olunanlarla bağlı adı keçən dövlət qurumları, həmçinin "Gold Məkan" MMC-nin də mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Fevral 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri