Dövlət qurumlarının rəhbər vəzifəli şəxslərindən hədə qorxu ilə pul tələb edilib
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İyirmidən çox müxtəlif dövlət qurum rəhbərlərindən hədə-qorxu ilə pul tələb edən "Dəryaz "qəzetinin təsisçisi olduğu deryaz.az saytının baş redaktoru Habil Tagıyevin cinayət işinin ilk məhkəmə hazırlıq iclası keçirilib.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkili barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilərək alternativ cəza ilə əvəz olunmasinı məhkəmədən istəyib.
Məhkəmə vəsatəti qəbul etməyərək, cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, Habil Tağıyev 2024-cü ilin sentyabrında vətəndaşların şikayəti əsasında DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Barəsində cinayət məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 08 Aprel 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















