Icma.az
close
up
RU
Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR

Beyləqan sakini “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi”nin rəhbər şəxslərindən ŞİKAYƏTÇİDİR

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

Beyləqan rayonunun adının açıqlanmasını istəməyən sakini tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin Aran Regional İdarəsindən şikaəytçidir:

“Hörmətli redaksiya!

Yazaraq qeyd edim ki, 1996-cı ildən ölkədə torpaq islahatı getsə də, bu, bizim rayon - Beyləqan üçün keçərsizdir.

Qeyd edim ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasovun təyin etdiyi direktor Zamin Məmmədov keçmiş departament işçisi Ziya Məmmədovun yaxın qohumudur. Köməkçisi isə Vüsal Kərimovdur.

Beyləqan rayonundakı şəxsi təsərrüfat kimi istifadə olunan “Azəraqrar”ın torpaqları və heyvanları Ceyhun, Şahin və Rəşad Əsədov qardaşları tərəfindən idarə olunur. Onların yaxın qohumlarının adına torpaq icarəsi yazdırıb, öz şəxsi təsərrüfatlarını qurublar. Belə ki, 2 böyük fermer təsərrüfatı yaradıb, əkinə yararlı 500 hektardan artıq torpaq sahəsini istifadə edirlər.

Dəfələrlə Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun qəbulunda olmuşam. Tələb etdiyim 15-20 hektar icarə müqaviləsi ilə istədiyim torpaq sahəsini mənə vermirlər. Kənd təsərrüfatının çətin vaxtında buranı zəbt edənlər imkan vermir ki, sakinlər təsərrüfatı genişləndirsinlər.

Mən sizin sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu özbaşınalığa son verilsin. İnsanların haqqını tapdalamayın. Rayon sakini kimi həmin torpaqlardan istifadə etmək mənim də haqqımdır.

Şahin Əsədov Birliyin 50 hektardan artıq ərazisində ferma yaradıb, oranı zəbt edib. Qardaşları Cehun və  Rəşad Əsədov başqa ferma ərazilərində 200 hektar torpaq zəbt ediblər. Yeznələri Fariz və dayısı oğlu Muraz kimilərinin adına 200 hektar torpaq sahəsi var. Həmin sahələrdə pambıq əkiblər. Bəzi ərazilərdə də Birliyə aid qoyunları saxlayırlar, 150-160 baş heyvan var. 1400 başdan artıq isə öz heyvanları var. Dediklərimi araşdırsanız, həqiqəti dediyimi görəcəksiniz”.

Jalə FAMİLQIZI

Redaksiyadan: Şikayətçinin adının anonim qalmasnı xahiş etməsi səbəbindən, yazıda qeyd olunan məlumatların doğru olub-olmadığı bizə qaranlıqdır. Odur ki, deyilən iddiaları araşdırmağa çalışacağıq.

Şikayətdə adları çəkilən şəxslərin mövqeyini də dərc etməyə hazırıq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Noyabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see164

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see161

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see127

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see127

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri