Icma.az
close
up
RU
Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır

Dövlət qurumlarının rəqəmsal layihələrdə sərbəstliyi məhdudlaşdırılır

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Bir neçə gün öncə Prezidentin fərmanı ilə "Tənzimləyici pilot layihələrin həyata keçirilməsi Qaydaları" təsdiqlənib. Bununla da dövlət qurumlarının rəqəmsal layihələrinə yanaşma dəyişir".

"Unikal" xəbər verir ki, bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, yeni qaydalara görə, xüsusilə innovativ və vətəndaşa birbaşa təsir edən layihələr artıq birbaşa dövlət qurumun özü tərəfindən tətbiq olunmayacaq:

"Əvvəl pilot (test) rejimindən keçəcək, sonra qərar veriləcək. Bu qaydalar əsasən, süni intellekt, big data, yeni dövlət xidmətləri və vətəndaş məlumatlarına təsir edən rəqəmsal həllərə şamil olunur. Güman ki , bundan sonra nazirliklər yalnız daxili istifadə üçün nəzərdə tutulan həlləri müstəqil hazırlaya biləcəklər. Yəni, artıq istənilən nazirlik, məsələn, süni intellekt əsaslı bir sistemi , vətəndaşlara yönəlik bir rəqəmsal həlli özbaşına hazırlayıb tətbiq edə bilməyəcək. Belə layihələr üçün mütləq pilot mərhələ və təsdiq tələb olunacaq.

Qərarlar isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən, işçi qruplar və ekspert rəyləri əsasında veriləcək. Təhlükəsizliklə əlaqəli XRİTDX və DTX da bu proseslərdə iştirak edəcək və rəy verəcək. Bu yanaşmanın müsbət tərəfi odur ki, paralel sistemlər azalacaq, risklər əvvəlcədən yoxlanacaq və keyfiyyətə nəzarət güclənəcək. Mənfi tərəfi isə odur ki, çeviklik azalacaq, bürokratik əngəllər yarana bilər, innovasiya ləngiyə və qərarların subyektivliyi riski qala bilər. Düşünürəm ki, düzgün tətbiq olunarsa, nəticədə daha idarə olunan və koordinasiyalı rəqəmsal mühit formalaşacaq. Bu yanaşma hazırda rəqəmsal hökumət sektorunda gedən  optimallaşma və mərkəzləşmə siyasəti ilə də üst-üstə düşür".


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://unikal.az
archiveBu xəbər 04 May 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri