Dövlət qurumu “Ağ Şəhər”dən 644 min manata ofis icarəyə götürdü
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) “Bakı Ağ Şəhər Ofis Binası” MMC (VÖEN – 2002173521) ilə satınalma müqaviləsi bağlayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Qeyd edək ki, müqavilənin şərtlərinə görə, “Bakı Ağ Şəhər Ofis Binası” MMC Biznesinin İnkişafı Fonduna ofis sahəsi icarəyə verəcək və qarşılığında 644 min 280 manat alacaq. Müqavilə bir il müddətində qüvvədə olacaq.
Onu da bildirək ki, “Bakı Ağ Şəhər Ofis Binası” MMC bu ilin əvvəlində ABİF ilə daha bir icarə müqaviləsi imzalayıb. 3 il müddətində qüvvədə olacaq həmin müqavilənin dəyəri isə 1 milyon 8 min 560 manat 16 qəpik olub.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 1000 manat olan “Bakı Ağ Şəhər Ofis Binası” MMC 2011-ci ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən MMC-nin qanuni təmsilçisi Vəliyev Rəhman Məmməd oğludur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Yenidən qurulan “Ağ Şəhər”dən Fotolar
29 Dekabr 2025 17:43
“Euronews” kanalı “Bakı Ağ Şəhər”dən videoreportaj hazırlayıb
30 Dekabr 2025 19:51
Bahar “Ağ şəhər”dən bahalı EV ALDI VİDEO
26 Dekabr 2025 17:05
Bakı Ağ Şəhər dən füsunkar görüntülər Memarlıq nümunələrindən REPORTAJ
30 Dekabr 2025 18:03
Baxış sayı:159
Bu xəbər 08 İyul 2026 14:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















