Icma.az
close
up
RU
Dövlət rəmzlərini əyləncə üçün istifadə edənlər həbs oluna bilər HÜQUQŞÜNAS FOTO

Dövlət rəmzlərini əyləncə üçün istifadə edənlər həbs oluna bilər HÜQUQŞÜNAS FOTO

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Son dövrlər sosial şəbəkələrdə əyləncə və zarafat məqsədilə müxtəlif “rəsmi sənəd” vizual qrafik nümunələrinin hazırlanması və paylaşılması geniş yayılmağa başlayıb. Bu tip paylaşımlarda dövlət atributlarından istifadə olunaraq “dostluq haqqında rəsmi sənəd”, “sevgililik haqqında rəsmi sənəd” və oxşar başlıqlar altında vizual materiallar hazırlanır və sürətlə yayılır. İlk baxışdan sadə bir zarafat təsiri bağışlayan bu məzmunlar əslində daha dərin və düşündürücü məqamları gündəmə gətirir.

Məsələ burasındadır ki, üzərində dövlət gerbi, “Azərbaycan Respublikası” ifadəsi və rəsmi sənədlərə xas dizayn elementləri olan vizuallar sıradan qrafik nümunələr deyil. Bu atributlar dövlətin hüquqi, institusional və rəsmi mahiyyətini, eyni zamanda dövlətlə vətəndaş arasında formalaşmış ciddi münasibətləri təmsil edir. Onların əyləncə və məişət kontekstində istifadəsi rəsmi anlayışların adi və sıradan bir məzmuna çevrilməsinə, dövlət simvollarının ciddiliyinin arxa plana keçməsinə səbəb olur.

Avtosfer.az xəbər verir ki, belə paylaşımlar nəticəsində rəsmi sənəd anlayışı şüuraltı şəkildə dəyərsizləşir, dövlət atributları gündəlik zarafat predmetinə çevrilir. Bu isə uzunmüddətli perspektivdə cəmiyyətdə rəsmi institutlara, dövlət sənədlərinə və hüquqi prosedurlara münasibətin dəyişməsinə gətirib çıxara bilər. Xüsusilə sosial mediada geniş auditoriyaya malik bu cür vizuallar dövlət rəmzlərinin hansı çərçivədə və hansı məqsədlə istifadə olunmalı olduğu barədə anlayışları bulanıqlaşdırır.

Cəmiyyətdə bu tip məzmunların artması dövlət atributlarına hörmət məsələsini yenidən gündəmə gətirir. Rəsmi simvolların istənilən kontekstdə istifadə oluna biləcəyi düşüncəsinin formalaşması isə dövlətin hüquqi və institusional ciddiliyinə kölgə sala biləcək bir tendensiya kimi qiymətləndirilir. Bu baxımdan məsələ təkcə sosial şəbəkə trendi deyil, daha geniş ictimai və mədəni yanaşma problemi kimi diqqət çəkir.

Bununla bağlı hüquqşünas Kamandar Hüseynov Avtosfer.az-a bildirib ki, dövlət gerbinin əyləncə və qeyri-rəsmi məqsədlərlə istifadəsi qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, dövlət rəmzlərinə hörmət prinsipinin pozulması deməkdir:
“Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan Respublikasının dövlət rəmzidir. Konstitutsiyanın 75-ci maddəsi və “Dövlət Gerbi Haqqında” qanunun 2-ci maddəsinə əsasən, hər bir vətəndaş dövlət gerbinə hörmət etməlidir. Azərbaycan Respublikasının Dövlət Gerbinə hörmətsizlik nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Sözsüz ki, qanunvericilikdə dövlət gerbinin istifadə olunması qaydaları və forması öz əksini taparaq nizamlanmışdır. Qanunun 7-ci maddəsinə əsasən dövlət gerbinin  təsvirindən hüquqi aktlarda və dövlət adından verilən sənədlərin blankında, Azərbaycan Respublikasının kağız və metal pul nişanlarında, qiymətli kağızlarında və vətəndaşların şəxsiyyət vəsiqəsində, passportlarında, dövlət orqanlarının sənəd blankarında və möhürlərində, dövlət orqanlarının binalarının lövhələrində, dövlət təltiflərinin təsvirində,  Milli Məclisin və müvafiq cra hakimiyyəti  orqanınının müəyyən etdiyi orqanın  rəsmi nəşrlərində və Azərbaycan Respublikasının sərhəd nişanlarında istifadə olunur”. 

Hüquqşünas deyib ki, Azərbaycan Respublikasının dövlət gerbinə ehtiram bəsləyən hər bir şəxs dövlət gerbinin təsvirindən yalnız göstərilən tələblərə uyğun istifadə edə bilər. Digər şəkildə istifadə edilməsi qadağandır.  Bu qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respunblikasının Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Nurcan Babək

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 19 Dekabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri