Icma.az
close
up
RU
Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Ekspertiza Mərkəzi susur...

Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Ekspertiza Mərkəzi susur...

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin reseptə yazılmasına görə vəzifəli şəxslər (həkimlər) cərimələnəcək. Bunu edən həkimlərə 100-dən 150 manatadək, hüquqi şəxslərə isə 300-dən 400 manatadək cərimə nəzərdə tutulub. Bu, İnzibati Xətalar Məcəlləsinə əlavə kimi təklif edilən yeni -221.12-ci maddədə əksini tapıb.

Bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qeydiyyatdan keçməyən dərmanları satan, satış məqsədilə saxlayan və ya idxal edən şəxslər də cərimələnəcək. Vəzifəli şəxslər 2 mindən 2 min 500 manatadək, hüquqi şəxslər isə 7 min manatdan 9 min manatadək cərimə ediləcək.

Uzun illərdir ölkədə "firma dərmanları" deyilən dərmanların satılması və həkimlərin onları pasiyentlərə yazması barədə şikayətlər eşidilir. Bəzi iddialara görə, həmin dərmanların bir qisminin keyfiyyətində də problemlər var. Amma hələ də belə dərmanların satıldığı bildirilir.

Mövcud qanunvericilikdə dərman vasitələrinin dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi ilə bağlı qaydalar mövcuddur.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədov "Turan"a bildirib ki, istər yerli, istərsə də xarici istehsallı dərmanların hər biri mərkəzləşdirilmiş qaydada dövlət qeydiyyatından keçir: "Qeydiyyatdan həm dərmanın tərkibi, həm də ticarət adı keçir. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi dərmanın bütün keyfiyyət parametrlərinə uyğunluğunu, insan sağlamlığı üçün təhlükəsizliyini, əks təsirlərini müəyyən edir, sonra isə ölkə ərazisində onların istifadəsinə icazə verilir".

Onun sözlərinə görə, dərmanlar bəzən təsadüfən, bəzən də qəsdən dövlət qeydiyyatına salınmaya bilər.

Deputatın fikrincə, həmin qeydiyyata salınmayan dərmanların ölkəyə hər hansı yolla gətirilməsi mümkün ola bilər: "Müvafiq orqanlar tərəfindən belə cəhdlərin qarşısı alınır. Amma birdən qanunsuz yolla dərman ölkəyə gəlibsə, qanunvericiliyə edilmiş həmin dəyişiklik vasitəsilə onun reseptə yazılmasının qarşısı alınır".

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi və ölkəyə dərman vasitələri idxal edən şirkətlər ilə danışmaq mümkün olmayıb.

Həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna açıqlamasında incə nüanslara diqqət çəkir: "Dövlət reyestrinə bütün vacib dərmanlar salınıbmı? Bu məsələ gərək araşdırılsın... Yalnız adlar salınıbsa və bir dərmanın adı varsa, digərinin tərkibi eyni olsa da, reyestrdə yoxdursa, bu, yanlış addımdır. Eyni zamanda, laborator yoxlanışlar olmalıdır ki, fərqli dərmanların tərkibi eyni olsa da, keyfiyyət fərqi ola bilər".

Ekspertin sözlərinə görə, "firma dərmanı" adlandırılan dərman əslində keyfiyyətli olmalıdır, çünki şirkətin adı ilə bağlıdır: "Amma bizdə bu məsələdə deformasiya var. Bu dərmanlar maya dəyərindən qat-qat baha qiymətə satılır, keyfiyyət problemi də var. Dərman idxalında sağlam rəqabət olmadığına görə keyfiyyətə də mənfi təsir edir. Dərman sektorunda monopoliyanın olması keyfiyyətə və qiymətə təsir edir. Monopolist fikirləşir ki, onsuz da mənim alternativim yoxdur" /Pressklub.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 12 Dekabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri