Dövlət satınalmalarında süni intellektdən istifadə olunsun TƏKLİF
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Dövlət satınalmaları ilə bağlı həm zaman şəffaflıq öndədir, eyni zamanda səmərəlilik də vacibdir. Düşünürəm ki, qanunvericiliyə təklif edilən dəyişiklik həm də daha səmərəliliyi təmin etmək məqsədi daşıyır. Yəni, meyarlardan biri daha səmərəli dövlət satınalmalarının həyata keçirilməsidir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət satınalmaları haqqında” Qanuna təklif olunan dəyişikliyin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, "Dövlət satınalmaları haqqında" qanun qəbul ediləndən sonra "Dövlət satınalmaları haqqında" qanunvericiliyin pozulması hallarının xeyli dərəcədə azalmasına baxmayaraq, yenə də var:
"Hesablama Palatasının rəyi göstərir ki, bu hallar 2025-ci ildə də qeyd alınıb. Biz dinamikaya baxsaq, xüsusilə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən aparılan işlərin nəticəsində dinamikada azalmalar var. Hesablama Palatasının rəyi də göstərir ki, dövlət satınalmalarından 51 faizindən çoxunda ehtimal olunan qiymətlə şirkətin təklif etdiyi qiymət arasındakı fərq 20 faizdən çoxdur. Qanunvericilik aspektindən baxsaq, bu fərq kifayət qədər ciddidir. Azərbaycanda dövlət satınalmalarında, tenderlərdə süni intellektdən daha geniş istifadə olunmasına ehtiyac var. Süni intellektin istifadə olunması məhz şəffaflıqla yanaşı həm də səmərəliliyi gətirəcək. Belə ki, daha qısa zamanda qərarların verilməsinə imkan yaradacaq və dəyişənlərlə bizim o 51 faizdə müşahidə etdiyimiz kənarlaşmaların aradan qaldırılmasına gətirib çıxara bilər. Azərbaycanda da dövlət satınalmalarında tenderlərdə süni intellektdən istifadə zəruridir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 17 Sentyabr 2026 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















