Dövlət sektorundakı muzdlu işçilərin sayı 14 min azalıb, özəl sektorda 33 min artıb Siyahı
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Ötən ilin dekabr ayının 1-ə olan rəsmi məlumatlara görə, Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı 1 milyon 797,4 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, muzdla çalışan işçilərin 869 min nəfəri dövlət sektorunda, 928,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, ötən ilin əvvəlində muzdla çalışan işçilərin sayı 1 milyon 778,5 min nəfər olub və onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
Açıqlanan məlumatlardan da göründüyü kimi, ötən ilin 11 ayında dövlət sektorunda işləyən işçilərin sayı 13,8 min nəfər azalıb, qeyri-dövlət sektorunda işləyənlərin sayı isə 32,7 min nəfər artıb.
Onu da bildirək ki, bu ilin əvvəli ilə müqayisədə Azərbaycanda muzdlu işçilərin sayı 10,1 min nəfər azalıb.
Qeyd edək ki, son 10 ildə (2016-2025-ci illər) Azərbaycanda muzdla çalışan (əmək müqaviləsi ilə) işçilərin sayı cədvəldəki kimi olub:

Elnur Əli
Bu mövzuda digər xəbərlər:İşçilərin sayı dövlət sektorunda azalıb, özəl sektorda artıb
14 May 2025 14:11
Rayonların əksəriyyətində işçilərin sayı azalıb Tam siyahı
10 İyun 2025 12:03
Dövlət sektorunda işləyən işçilərin sayı 22 min nəfər azalıb
16 Mart 2025 19:29
Dövlət sektorunda muzdla işləyənlərin sayı azalıb, özəl sektorda isə bu say artıb
12 Dekabr 2024 13:21
Dövlət və özəl sektorda işləyənlərin sayı açıqlandı
12 Dekabr 2024 17:30
Baxış sayı:90
Bu xəbər 16 Yanvar 2026 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















