Dövlət sərəncamı ilə ayrılan kompensasiyanı ala bilmirlər VİDEO
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Divarları çatlayıb, döşəmələri çürüyüb... Sakinləri isə kirayədə yaşayır..
Redaktor.az Xəzər Tv-yə istinadən xəbər evrir ki, söhbət Nizami rayonu, Keşlə qəsəbəsi, Mirzə Ələkbər Sabir küçəsində kollektorun partlaması nəticəsində subasmaya məruz qalan evlərdən gedir.
Sakinlərə kompensasiya ödənilməsi barədə dövlət sərəncamı var. Lakin onlar deyir ki, bizə üç aylıq kirayə pulu ödənib, evlərimizin təmiri, bərpası ya da sökülməsi barədə isə heç bir məlumat verən yoxdur.
Məsələ ilə bağlı Nizami rayon icra hakimiyyətindən bildirildi ki, məsələ dövlət qurumlarının birbaşa nəzarətindədir. Sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin mərhələdə vətəndaşlara müvəqqəti yaşayış üçün kirayə haqlarının ödənilməsi tam təmin edilib. Hazırda aidiyyəti qurumlarla su basma halının yenidən baş verməməsi üçün tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 24 İyun 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















