Icma.az
close
up
RU
DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR Qurumun əməkdaşı şok faktları açıqladı

DÖVLƏT SƏRHƏD XİDMƏTİNDƏ RÜŞVƏTXORLUQ BAŞ ALIB GEDİR Qurumun əməkdaşı şok faktları açıqladı

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Məlum səbəblərdən adının açıqlanmasını istəməyən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya!

Bildirmək istəyirəm ki, Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissənin maliyyə rəisi, kapitan Hüseynzadə Sübhan öz öhdəsinə düşən işi layiqincə yerinə yetirmir.

Belə ki, adını çəkdiyim şəxs hərbi qulluqçulardan və mülki sürücülərdən hər ay pul yığır. Yəni onların maddi yardımlarını, məzuniyyət və ezamiyyət pullarını rüşvət qarşılığında ödəyir.

Hüseynzadə Sübhan ona rüşvət verən şəxsləri incitmir, vaxtında pullarını köçürür. Rüşvət verməyənlərə isə, "büdcədə pul yoxdur", - deyərək ödənişləri bir neçə ay gecikdirir.

Dövlət Sərhəd Xidmətinin tabeliyindəki N saylı hərbi hissədə illərdir bu cür qanunsuzluqlar baş alıb gedir. Məsələni araşdıran şəxs və yaxud da qurum yoxdur. Rəhbərliyin bu məsələdən xəbəri olub-olmadığını da dəqiq bilmirəm.

Qeyd edim ki, bu yeyintinin içində əsgərlərin əmək haqları da var. Heç kim qorxusundan səsini çıxara bilmir. Hər kəs deyir ki, başımızı ağrıtmaq istəmirik, hörmət edirik, pulumuzu vaxtında vurur.

Hüseynzadə Sübhanın bu əməli Dövlər Sərhəd Xidmətinin nüfuzuna xələl gətirir. Bəlkə də bundan rəhbərlik xəbər tutsa, o adamın cəzasını verər.

Məlumat üçün bildirim ki, o, hərbi qulluqçulardan 100 manat, mülki sürücülərdən 50 manat alır. Yalnız yuxarıda "adamı" olanlardan pul ala bilmir, ehtiyat edir.

Müvafiq qurumlar tərəfindən araşdırma aparılsa, onun etdiyi bütün haqsızlıqlar, rüşvətxorluqlar üzə çıxacaq. Telefonunu yoxlasalar, bu dediklərimin yalan olmadığını görəcəklər. 

Səlahiyyətli qurumlar xahiş edirəm, məsələ ilə bağlı tədbir görülsün".

Jalə FAMİLQIZI

P.S. Bira daha qeyd edək ki, DSX əməkdaşı adının açıqlanmasını istəmədiyi üçün şikayəti anonim  yazmışıq. Amma məsələ ilə bağlı hüquq müstəvisində çəkişmə olarsa, bu zaman səlahiyyətli qurumlara həmin şəxs haqqında məlumat verməyə hazırıq.

Yazıda da qeyd olunduğu kimi, idarə rəisinin telefonunun yoxlanılması xahiş olunur. Çünki köçürülən rüşvət pulları onun şəxsin telefonunda var.

Düşünürük ki, bu məlumatdan sonra Dövlət Sərhət Xidmətinin rəhbərliyi məsələni araşdıracaqdır. Bu halda məsələ ilə bağlı redaksiyamıza məlumat verilməsini də onlardan xahiş edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 May 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri