Icma.az
close
up
RU
Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin pozulmasının və narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qeyri-qanuni miqrasiya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində son günlərdə 3 nəfər sərhəd pozucusu və narkotik vasitələri ölkə ərazisinə keçirməyə cəhd göstərən 2 nəfər Azərbaycan Respublikası vətəndaşı saxlanılmışdır.

Noyabr ayının 23-də saat 19:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının Xudat sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı–2002-ci il təvəllüdlü Chouaib Bendemagh, noyabrın 25-də saat 00:05-də Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində İİR vətəndaşları–2004-cü il təvəllüdlü Rayenzadə Muhemmedrza Əli və 2008-ci il təvəllüdlü Mikayıllı Yeganə Nehmətulla dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılmışdır.

Noyabrın 27-də saat 02:20-də isə Lənkəran sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 99-EA-559 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən və şübhəli hərəkətləri ilə diqqəti cəlb edən Abşeron rayon sakini 1975-ci il təvəllüdlü Tahirzadə Faiq Şaiq oğlu və Masallı rayon sakini 1992-ci il təvəllüdlü Muradlı Dilqəm Qafil oğlu saxlanılmışlar.

Saxlanılan şəxslərin idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 13 kiloqram 995 qram (11 kq 965 qram marixuana, 1 kq 525 qram tiryək, 505 qram metamfetamin) və 3980 ədəd narkotik tərkibli metadon M – 40 həbi aşkar olunaraq götürülmüşdür.

Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://report.az
archiveBu xəbər 29 Noyabr 2024 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see344

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see335

İsrailin növbəti hədəfi Türkiyədir? III Dünya müharibəsinin əlamətləri görünür

10 Sentyabr 2025 17:33see322

Netanyahu: HƏMAS liderlərinə zərbə Qəzzada müharibəyə son qoya bilər

09 Sentyabr 2025 21:07see141

Toral Bayramov: İslandiya ilə matçdan sonra çox pis vəziyyətdəydik

10 Sentyabr 2025 13:55see134

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see133

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

10 Sentyabr 2025 16:03see132

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see129

Hesablama Palatası: Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır

10 Sentyabr 2025 17:13see128

Bu qərarı mən yox, o verdi Tramp

10 Sentyabr 2025 01:04see126

Ukrayna gecə Polşaya Rusiya PUA larının uçuşu barədə məlumat verib

10 Sentyabr 2025 13:56see126

Kosmosda başqa ulduzları yeyən ulduz peyda oldu

10 Sentyabr 2025 15:40see126

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see124

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see123

Toral Bayramov: Əlimizdən gələni yox, gəlməyəni edirdik

10 Sentyabr 2025 01:33see122

Eminin yeni evindən Video

09 Sentyabr 2025 20:40see122

Polşa hava məkanına daxil olan Rusiya pilotsuz təyyarələrinə cavab verdi NATO

10 Sentyabr 2025 12:22see122

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see120

Nigar Fərhad ilk dəfə qızını GÖSTƏRDİ söz savaşı na çıxdılar VİDEO

10 Sentyabr 2025 16:01see120

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri