Icma.az
close
up
RU
Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

Neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı ŞƏRH ETDİ

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

"Azərbaycanın neft strategiyasının əsası məhz Ümummilli Liderin rəhbərliyi ilə qoyuldu və Azərbaycanın neft strategiyası, xüsusilə də 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" praktik olaraq bir tərəfdən Azərbaycanın geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaratdı, digər tərəfdən isə ölkəmizin inkişafı üçün yeni imkanların açılmasına şərait yaratdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, 1994-cü ildə formalaşan neft strategiyasının həm Azərbaycanın geosiyasi mövqeyinə, həm də gəlirlərinin artmasına mühüm təsirlərini müşahidə etdik: "Bu təsirlər praktik olaraq özünü belə göstərdi ki, Azərbaycan artıq regionun 14 ölkəsinə mavi qaz ixrac etməyə başladı. Digər tərəfdən isə Azərbaycan öz valyuta ehtiyatlarını ciddi şəkildə artırdı. Bu gün Azərbaycanın strateji valyuta ehtiyatları 78 milyard ABŞ dollarıdır. Bu məbləğ ölkənin xarici borcunu 16 dəfə üstələyir. Eyni zamanda, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, strateji valyuta ehtiyatları onun Ümumi Daxili Məhsulundan (ÜDM) daha çoxdur. Bu isə məhz həyata keçirilmiş və uğurla reallaşdırılmış neft strategiyasının nəticəsində mümkün olub.

Xüsusilə də iqtisadiyyatın diversifikasiyası və neft gəlirlərindən asılılığın azaldılması əsas prioritet olaraq qalır. Son illərdə biz ümumilikdə neftdən asılılığın mərhələli şəkildə azalmasını müşahidə edirik. Belə ki, əgər 2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirlərinin təxminən 70%-i neft sektorunun payına düşürdüsə, artıq hazırda bu rəqəm xeyli azalıb və qeyri-neft gəlirləri büdcə gəlirlərimizin yarıdan çoxunu formalaşdırır. ÜDM-də qeyri-neft sektorunun payı isə 68%-ə qədər yüksəlib. Təbii ki, iqtisadiyyatda qeyri-neft sektorunun rolunun artırılması əsas hədəflərdəndir və bu istiqamətdə yeni proqramlar həyata keçirilir.

Ümumilikdə, neft strategiyası Azərbaycanın dövlət gəlirlərinin artmasına imkan yaratdı. Növbəti dövrlərdə isə əsas məqsəd iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatların daha da dərinləşdirilməsinə nail olmaqdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri