Icma.az
close
up
RU
Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşı şikayətçidir: “Yeni sədrdən sonra məcbur edildim...”

Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin əməkdaşı şikayətçidir: “Yeni sədrdən sonra məcbur edildim...”

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin hüquq və sənədlərlə iş şöbəsinin böyük məsləhətçisi Leyla Məmmədova işdən çıxmaq barədə ərizə yazmağa məcbur edildiyini bildirir.

Bizimyol.info xəbər verir ki, Leyla Məmmədova bununla əlaqədar məhkəməyə müraciət edib. O, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı iddia ərizəsində özünün əmək müqaviləsinə xitam verilməsi və intizam məsuliyyətinə cəlb edilməsi barədə əmrlərin ləğv olunmasını, işə bərpa edilməsini, həmçinin məcburi işburaxma müddəti üçün əməkhaqqının ödənilməsini tələb edib.

Leyla Məmmədova 2023-cü ildə bu idarəyə işə qəbul edilib. 2024-cü ildə hüquq və sənədlərlə iş şöbəsinin baş məsləhətçi vəzifəsinə keçirilib. Onun sözlərinə görə, 2025-ci ilin fevralında Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Rüfət Mahmud yeni sədr təyin olunandan sonra ona bildirilib ki, ya öz istəyi ilə işdən çıxmalıdır, ya da onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında işdən çıxarılacaq.

Leyla Məmmədova bildirib ki, əmək müqaviləsinin müddəti bitmədiyinə görə öz istəyi ilə işdən çıxmaq barədə ərizə yazmağa etiraz edib: “Bundan sonra 2025-ci ilin avqust ayında heç bir əsas olmadan mənə töhmət elan edilməsi barədə əmr tərtib etdilər. Bildirdilər ki, əgər ərizə yazmasam, mənə növbəti töhməti verib, işdən çıxaracaqlar. Gördüm ki, fikirlərində ciddidilər, məni ləkələmək istəyirlər. Qorxdum, məcbur qalıb təklif etdim ki, töhməti ləğv eləsinlər, mən də işdən çıxmaq barədə ərizə yazım. Bundan sonra onlar töhməti ləğv etdilər. Mən də məcbur qalıb 12 avqustda işdən çıxmaq barədə ərizə yazdım”.

Leyla Məmmədova eyni zamanda, ona təzyiqlər edilməsi və işdən çıxmağa məcbur edilməsi barədə müxtəlif orqanlara şikayətlər göndərib: “Aldığım cavablardan məlum oldu ki, Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi məni aldadıb, töhməti ləğv eləməyiblər. Həmin əmri saxtalaşdıraraq, töhmət əmri xəbərdarlıqla əvəz olunub. Mənə hədə-qorxu gəlirdilər ki, şikayət etsəm, başqa heç bir idarədə işləməyimə imkan verməyəcəklər”.

Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Leyla Məmmədovanın dediklərini təkzib edir. Bu qurumdan bildirilib ki, ona təzyiq göstərilərək, ərizə yazmağa məcbur edilməsi haqda iddialar doğru deyil.

İdarə məhkəməyə etiraz ərizəsində vurğulayıb ki, Leyla Məmmədovanın işdən çıxarılma ilə əlaqədar məhkəməyə şikayət üçün qanunda nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülüb: “O, ərizə təqdim edərək, öz xahişi ilə müddət gözləmədən işdən azad olmaq istədiyini bildirib. Ərizəsi onun öz iradəsini sərbəst ifadə etdiyini göstərir. O, xəbərdarlıq müddəti ərzində ərizəsini geri götürmək barədə İdarəyə müraciət etməyib. Beləliklə, ərizənin qüvvədə qalmasına razılığını faktiki təsdiqləyib. Əmək müqaviləsi ləğv edildikdən və işdən azad olunmasından uzun müddət keçdikdən sonra məhkəməyə müraciət etməsi, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürdükdən sonra qaldırdığı iddiasının hüquqi qüvvəsi yoxdur”.

Məhkəmə Leyla Məmmədovanın əmrin ləğvi, işə bərpa və əməkhaqqı ödənişi barədə iddiasını təmin etməyib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Dekabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri