Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Dövlət Turizm Agentliyi Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirib

Dövlət Turizm Agentliyi Azərbaycan qastronomiyasının inkişaf perspektivləri mövzusunda təqdimat keçirib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

Mayın 30-da Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə "Azərbaycan qastronomiyasının inkişaf perspektivləri" mövzusunda media təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova son üç il ərzində görülən işlər barədə məlumat verib.

O, qeyd edib ki, indiyədək ölkənin milli mətbəx potensialının turizm potensialına çevrilməsi istiqamətində çoxşaxəli fəaliyyət icra edilib. Ötən dövr ərzində Azərbaycanı təmsil edən milli komanda yaradılıb və onun Dünya Kulinariya Olimpiadalarında iştirakı təmin olunub. "Olimpiadalarda Azərbaycanı uğurla təmsil edən komanda medallara layiq görülüb. Bununla bərabər, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Şuşa şəhərində qastronomiya tədbirləri və dəyirmi masalar keçirilib. Azərbaycanın şərab turizminin inkişafı ilə bağlı keçirilən tədbirlər çərçivəsində isə regionlarda bir neçə dəfə üzüm və şərab festivalları təşkil olunub", - deyə A.Hüseynova diqqətə çatdırıb.

DTA-nın sədr müavini qarşıdakı illərdə Azərbaycan qastronomiyasının daha da inkişafı üçün həyata keçiriləcək layihələrdən də danışıb. Bildirib ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi, ölkəmizin regionun qastronomiya mərkəzinə çevrilməsi əsas hədəflərdən biridir. Bunun üçün ilk növbədə yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması və bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq nəzərdə tutulub. Həmçinin qastronomiya sahəsinin liderlərinin regionlara səfəri, beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual tanıtımı təşkil olunacaq. Qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması da diqqət mərkəzində saxlanılacaq. Bundan əlavə, işğaldan azad olunmuş ərazilərin qastronomiya potensialının araşdırılması və tanıtımı üçün sistemli tədbirlər təşkil olunacaq.

Sədr müavini söyləyib ki, milli mətbəx və qastronomiyanın Azərbaycan elmində mövqeyinin gücləndirilməsi məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə əməkdaşlıq bundan sonra da davam etdiriləcək. Millidadlar.az onlayn qastronomiya portalı çərçivəsində milli mətbəx və qastronomiyanın tarixi kökləri, həmçinin hekayələri ilə bağlı yeni konsepsiyanın hazırlanması istiqamətində addımlar atılacaq.

A.Hüseynova qeyd edib ki, Azərbaycanda qastronomiya ixtisasının bakalavr pilləsi olmadığı üçün növbəti illərdə bu istiqamətdə də müvafiq işlər görüləcək. Beləliklə, bu sahəyə maraq göstərən şəxslər beynəlxalq təcrübələrə və standartlara əsaslanaraq hazırlanmış proqram əsasında qastronomiya üzrə ali təhsilə yiyələnə biləcəklər.

Tədbirdə DTA-da Qastroturizm bölümünün rəhbəri Səkinə Əsgərova təqdimatla çıxış edib.

O diqqətə çatdırıb ki, Azərbaycan qastronomiyasının qlobal miqyasda brendləşməsi istiqamətində atılacaq addımlar çərçivəsində yerli səviyyədə keçirilən yarışların regional səviyyəyə qaldırılması, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.

"Qastronomiya sahəsinin tanınmış liderlərinin regionlara səfərlərinin təşkili, şərabçılıq və üzümçülük sahəsində festivalların və dəyirmi masaların keçirilməsi də planlaşdırılır. Həmçinin beynəlxalq tədbirlərdə milli mətbəxin konseptual şəkildə tanıdılması və dünyanın aparıcı qastronomiya media platformalarında xüsusi vizual və məzmun yönümlü təbliğat materiallarının yayımı da gündəmdədir", - deyə S.Əsgərova diqqətə çatdırıb.

O əlavə edib ki, beynəlxalq qastronomiya təşkilatları ilə birgə ölkə üzrə biomüxtəliflik nümunələrinin tədqiqi və qastronomiya üzrə beynəlxalq əmtəə nişanlı turizm məhsullarının yaradılması planlaşdırılır.

Tədbirin sonunda media nümayəndələrinin sualları cavablandırılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri