Icma.az
close
up
RU
Dövlət uşaqpulu verməlidir… Deputatdan TƏKLİF

Dövlət uşaqpulu verməlidir… Deputatdan TƏKLİF

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uşaqpulu məsələsinin müzakirəsi təkcə maliyyə deyil, həm də demoqrafiya, sosial siyasət, ailə institutunun möhkəmlənməsi və gələcək insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanda hazırda yeni doğulan uşağa görə 600 manat birdəfəlik müavinət verilir. Bu, xüsusilə azgəlirli ailələr üçün müəyyən dəstəkdir, lakin son illərin inflyasiyası və bazar qiymətlərini nəzərə aldıqda məbləğin real dəyərinin aşağı düşməsi ictimai müzakirələri artırıb. Ona görə də, vətəndaşların məbləğin artırılması ilə bağlı təklifləri başa düşüləndir.

Tribuna-nın məlumatına görə bu sözlərlə deputat Razi Nurullayev çıxış edib. O bildirib ki, “uşağa dövlət yox, valideynləri baxmalıdır” yanaşması artıq keçmişdə qalıb:

“Mətbuatda və sosial şəbəkələrdə Ermənistanla müqayisələr edilir. Ermənistan uzun müddət 300 min dram civarında birdəfəlik ödəniş tətbiq edib. Bu, manat ekvivalentində təxminən 1300–1400 manat aralığına düşür. Son dönəmlərdə hökumət bu məbləğin artırılması və yeni doğulan uşaqlar üçün daha yüksək dövlət dəstəyi paketi barədə rəsmi açıqlamalar verib. Buna görə də bəzi media qurumlarında 2300 manat kimi rəqəmlər səsləndirilir, lakin bu rəqəmlər valyuta kursu və yeni təkliflərin dəyərləndirilməsinə və qəbuluna uyğun olaraq dəyişə biləcək. Yəni standart, sabit şəkildə “Ermənistan 2300 verir, Azərbaycan 600 verir” yanaşması tam dəqiq deyil. Müqayisələr aparılarkən konkret tarix və məzənnə nəzərə alınmalıdır.

Müqayisələri yalnız Ermənistanla deyil, digər ölkələrlə də edək. Regionda müxtəlif modellər var.

Gürcüstanda birdəfəlik müavinətlər 1000–2000 lari arasında dəyişir, sosial durum və statusdan asılı olur. Bu da bizim valyuta ilə 600 -1230 manat edir. Türkiyə ailəyə yalnız birdəfəlik pul verilməsi ilə kifayətlənilmir – hamiləlikdən sonrakı dövrə qədər geniş paket, aylıq müavinətlər və vergi güzəştləri kimi sistemli dəstəklər var. Rusiyada isə “ana kapitalı” modeli tətbiq edilir, hansı ki, ailə bu pulu təkcə istehlaka yox, ipoteka, uşaq bağçası, təhsil və mənzilə yönəldə bilir. Bir çox Avropa ölkələri uşaqpulunu sosial siyasətin əsası sayır və hər uşağa görə həm aylıq, həm də vergi güzəştləri verir. Yəni beynəlxalq təcrübə göstərir ki, bu məsələdə “verilsin, yoxsa verilməsin” yox, “necə verilsin və hansı effekt yaratsın” sualı daha aktualdır”.

Millət vəkili əlavə edib ki, əgər büdcəyə düşən yük ağır görünürsə, mərhələli siyasət tətbiq edilə bilər:

“Bəzən səslənən fikir budur ki, dövlət məcbur deyil, kim uşaq dünyaya gətirirsə, özü baxmalıdır. Bu yanaşma daha çox 19-cu əsr liberal iqtisadi fəlsəfəsinə uyğun gəlir. Müasir dövrdə isə sosial dövlətlər uşaq və ana təhlükəsizliyi, sağlamlıq, təhsil və insan kapitalı məsələsinə strateji yanaşır. Uşağın sağlam böyüməsi gələcəkdə əmək bazarına daha sağlam, təhsilli və bacarıqlı nəsil vermək deməkdir. Uşaqların erkən yaşda qidalanması, uşaqpulu vasitəsilə sosial müdafiəsi, peyvəndi, tibbi müayinəsi və psixoloji inkişafı üçün qoyulan dövlət xərcləri bu gün dövlətin yükünü artıra bilər, amma gələcəkdə xərcləri azaldır və iqtisadi məhsuldarlığı artırır. Bu səbəbdən uşaqpulu həm humanist addımdır, həm də iqtisadi sərmayədir.

Eyni zamanda, burada məsələ təkcə məbləğin artırılmasında deyil. Əgər büdcəyə düşən yük ağır görünürsə, mərhələli siyasət tətbiq edilə bilər: daha aşağı gəlirli ailələr üçün daha yüksək dəstək, inflyasiyaya uyğun indeksləşmə və şəffaf mexanizm. Nağd vəsaitin özü ilə yanaşı, dövlətin xidmət paketləri də gücləndirilə bilər. Bura uşaq bağçalarının əlçatanlığı, ana və uşağın pulsuz tibbi xidməti, doğuşdan sonra sosial dəstək proqramları, doğuşdan sonrakı tibbi nəzarət, psixoloji və sosial reabilitasiya proqramları, sağlam qidalanmaya əlçatanlıq, dərman təminatı və buna bənzər digər xidmətlər daxildir.

Nəticə etibarilə, müzakirələr emosional deyil, real faktlar, iqtisadi imkanlar və uzunmüddətli milli maraqlar əsasında aparılmalıdır. Uşaqpulu nə xərclənən puldur, nə də sadəcə populist addım. Bu, dövlətin gələcək vətəndaşı üçün qoyduğu sərmayədir. Əsas odur ki, siyasət şəffaf, ədalətli, mərhələli və davamlı olsun”.

Gülşən Rəsul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 05 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri