Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Dövlət və xalq birliyi

Dövlət və xalq birliyi

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Beşinci ildönümünü qeyd etdiyimiz tarixi Zəfər – təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında böyük coşqu ilə qarşılandı. Bu Zəfər – yəni 2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi möhtəşəm qələbə – yalnız torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnmədi, eyni zamanda, Türk dünyasının yenidən dirçəlişinə mühüm təkan verdi. Buna görə də bu qələbə, təkcə xalqımız tərəfindən deyil, dost ölkələr və xalqlar tərəfindən də böyük qürur və sevinc hissi ilə qarşılandı.

Və belə tarixi məqamlarda Azərbaycanın dostları bizim sevincimizə şərik, düşmənlərimiz isə məyusluğa qərq oldular. Təəssüf ki, onların arasında ölkəmizin daxilindəki müəyyən kəsimlər də var idi. Söhbət adında “milli” sözü olsa da, mahiyyəti antimilli olan Milli Şuradan və təşkilatçılarında biri Əli Kərimlidən gedir.

Əli Kərimlinin həmin dövrdə sərgilədiyi mövqe, ordumuzun qələbəsinə sevinməməsi, əksinə, sosial şəbəkə paylaşımlarında bu qələbəni şübhə altına almağa çalışması, daha sonrakı açıqlamalarında isə Azərbaycanın tarixi qələbəsini kölgəyə salmaq məqsədi güdən qaranlıq, ifrat dərəcədə qərəzli fikirlər səsləndirməsi yaddan çıxmayıb. O da qeyd edilməlidir ki, Əli Kərimli və yaxın ətrafının həmin vaxt gizlədə bilmədiyi məhz bu cür antidövlət, antixalq, antimilli mövqe cəmiyyətdə haqlı narazılıq yaratmışdı.

Əslində, onların bu cür münasibət göstərməsi təbii idi. O mənada ki, siyasi fəaliyyət boyunca bu cür davranış nümunəsi göstərir ki, Kərimlinin siyasətə gəliş məqsədlərindən biri – məhz Azərbaycanın milli maraqlarına qarşı çıxmaq, dövlətimizin uğurlarını kölgəyə salmaq və xaricdəki bəlli güc mərkəzləri ilə əməkdaşlıq edərək, ölkəmizə qarşı düşmən planları hazırlamaq olub.

Təəccüblü olmayan başqa bir məqam isə, Əli Kərimli ilə Ramiz Mehdiyevin necə deyərlər, yollarının kəsişməsidir. Və bu iki şəxsi bir araya gətirən də, məhz, onların mahiyyətində dayanan xəyanətkarlıq idi.

Biri müxalifətdə, digəri iqtidarda formalaşmış iki eyni düşüncəli çevrə uzun illər Azərbaycan dövlətinə və xalqına qarşı vahid düşmən mövqeyi sərgiləyiblər. Bu sırada Əli Kərimli və yaxın silahdaşlarının uzun illər can atdıqları “bahar”lar da unudulmamalıdır. Nə qədər acınacaqlı olsa da, məhz arzusunda olduqları bu “bahar” Azərbaycana qan, qada, fəlakət vəd edirdi. Lakin Azərbaycan dövlətinin qüdrəti, ölkəmizdə Dövlət-Prezident-Xalq birliyi bu xəyanətkar planın qarşısında əbədi bir sədd çəkdi...

Görünən odur ki, xəyali uydurduqları xətt regionda gərginlik yaratmaq və Azərbaycanı xaos, anarxiya mərkəzinə çevirərək, dövləti sarsıtmaq məqsədi daşıyıb. Demokratik şüarların arxasında ölkəni xaosa sürükləyən ssenari gizlədilib və real xalq dəstəyi olmayan çağırışlar populist xarakter daşıyıb.

Lakin dediyimiz kimi, Azərbaycan dövlətinin qüdrəti, hakimiyyətin xalqla həmrəy şəkildə atdığı addımlar, ölkənin ümumilikdə o dövrdəki sabit siyasi kursu bu qanlı planı reallaşdırmağa imkan vermədi.

Təbii ki, Əli Kərimli bu xəyanətləri təkbaşına etməyib. Onun bu sırada əsas dəstəkçilərindən biri də adı “milli” olsa da, özü heç zaman belə olmayan siyasi qruplaşma idi.

Çünki hələ Milli Şura yaradılarkən “vahid müxalifət koalisiyası” kimi təqdim olunsa da, bir çoxları bunu Rusiyanın regionda təsirini artırmaq üçün siyasi alət kimi qiymətləndirdi. Bu ehtimallar da tez bir zamanda öz təsdiqini tapdı. Bəlli oldu ki, bu strukturun əsas missiyası demokratik mübarizə yox, güc yolu ilə və xarici sifariş əsasında Azərbaycanda hakimiyyət dəyişkənliyinə zəmin yaratmaq idi. Və 2013-cü il seçkilərində gözlənilən nəticə əldə edilmədi və Şura cəmiyyətdə ciddi dayağa sahib olmadığını göstərdi.

Bütün bunları Ramiz Mehdiyev “ənənəvi müxalifət” deyilən kəsimi nəzarətdə saxlamaq, lazım olan anda isə bunu hakimiyyətə təzyiq elementi kimi istifadə etmək üçün nəzərdə tutmuşdu. Ramiz Mehdiyev Əli Kərimli və radikal müxalifət düşərgəsinin qayğısına qalırdı ki, lazım gələndə onları küçələrə çıxara bilsin...

Fikrimcə, Rusiya-Ukrayna müharibəsindən ciddi nəticələr çıxarılmalıdır. Rusiya amilinin üzərində xüsusilə dayanmaq lazımdır. Çünki, əvvəla, Ramiz Mehdiyev Rusiyaya dərindən bağlı birisi idi. İkincisi, çevrilişlə bağlı planını reallaşdırmaq üçün məhz Rusiyaya məktub yazıb. Ən əsası, onun məqsədi çevrilişdən sonra Azərbaycanı məhz kimlərinsə vassalına, köləsinə çevirmək olub.

Rusiyanın Ukraynaya təcavüzündən sonra dünya siyasətində imperiya yanaşmasına dəstək verən qüvvələrin güclənməsi təhlükə kimi dəyərləndirməlidir. Müstəqil Azərbaycanımız üçün də belə yanaşmaların qarşısının alınması olduqca strateji məsələdir. Keçmiş sovet məkanında hələ də Rusiyaya bağlı siyasi dairələrin aktiv qalması region ölkələri üçün risk yaradır. Xüsusilə də, daxili siyasətdə Moskva xəttini müdafiə edən qruplardan istifadə çevriliş və təsir mexanizmləri üçün alətə çevrilə bilər.

Ancaq...

Xəyanətin yolu isə bütün hallarda kəsilməlidir...

Və biz qədim-qayım torpaqlarda zəfər bayrağını əbədi qaldırmış qalib dövlətimizin – Qarabağımızın xilaskarı Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik!..

Bu, bizim hamılıqca tarixi məsuliyyətimizdir!..

İmamverdi İsmayılov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 10 Dekabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri