Icma.az
close
up
RU
Dövlət Vergi Xidməti BDU da infosessiya keçirib

Dövlət Vergi Xidməti BDU da infosessiya keçirib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 28 aprel, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzinin təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) əməkdaşları tərəfindən “Dövlət Vergi Xidməti yay təcrübə proqramı”, “Azərbaycan Respublikasının vergi sistemi” və “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzularında infosessiya keçirilib.

BDU-dan AZƏRTAC-a verilən məlumata görə, infosessiyada Karyera və məzunlarla iş mərkəzinin Karyera planlaşdırılması şöbəsinin müdiri Günel Qurbanova mərkəzin fəaliyyət istiqamətləri, tələbə və məzunlar üçün faydaları haqqında məruzə edib. Bildirib ki, BDU-nun hər bir tələbə və məzunu mərkəzin xidmətlərindən yararlanaraq, əmək bazarına daha uğurla daxil olmaq imkanı əldə edir. Hazırda keçirilən infosessiya Hüquq fakültəsinin tələbə və məzunlarının əmək bazarına hazırlıqlı daxil olmasını təmin edəcək.

DVX-nin İnsan resursları baş idarəsinin İşə qəbul şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Xumar İsmayılova tədbir iştirakçılarını Xidmətin yay təcrübə proqramı, iştirak şərtləri ilə tanış edib. Xidmətin Tədris Mərkəzinin Vergi inzibatçılığının tədrisi şöbəsinin rəisi Ülkər Kazımova “Azərbaycan Respublikasının vergi sistemi”, şöbənin əməkdaşı Zahir Babayev “İqtisadi təhlükəsizliyin qorunmasında vergi orqanlarının rolu” mövzusunda çıxış ediblər.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:260
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see277

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see274

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see259

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see250

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see250

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see249

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see243

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see236

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see233

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see223

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see219

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see214

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see214

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see212

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see205

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see200

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see200

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see199

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see187

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri