GTA 6 oyun tarixinə düşdü və 28 illik rekord təkrarlandı
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
Oyun dünyasının 13 ildir səbirsizliklə gözlədiyi Grand Theft Auto VI (GTA 6) ilk tənqidçi rəylərində 100 mümkün baldan 99 bal toplayaraq oyun tarixinə adını qızıl hərflərlə yazdırıb. Rockstar Games-in bu nəhəng layihəsi 1998-ci ildən bəri zirvəni tutan The Legend of Zelda: Ocarina of Time-ın əfsanəvi rekorduna şərik olub.
Hadisələrin yenidən Vice City və onun ətrafında cərəyan etməsi nostalji hisslərini yeniliklərlə birləşdirir. Tənqidçilər xüsusilə oyunun gözqamaşdıran realist qrafikasını, nəhəng və canlı açıq dünyasını, eləcə də Jason və Lucia-nın dinamik hekayəsini yüksək qiymətləndiriblər.
Bu nəticə Rockstar Games-in oyun sənayesindəki liderliyini daha da möhkəmləndirib. Tənqidçilərdən alınan bu yüksək qiymətdən sonra bütün diqqətlər indi ilk satış rekordlarına və milyonlarla oyunçunun real təcrübəsinə yönəlib...
Şahmurad
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 19 Noyabr 2026 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















