Dövlət Xidməti bələdiyyə sədrinin müavinindən dolab və kovralit alır
Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti fərdi sahibkar Əzizov Əsəd Qacar oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo xəbər verir ki, qurum sahibkarda dolab və kovralitlər alacaq. Buna görə Əsəd Əzizova 3 068 manat ödəniləcək.
Əsəd Əzizov Masallı şəhər bələdiyyəsinin sədr müavinidir. O, bələdiyyə seçkilərində namizəd olarkən tərcümeyi-halında fərdi sahibkarlıqla məşğul olduğu qeyd edilib. Bu faktlar nazirliklə müqavilə bağlamış Əsəd Əzizovla Masallı şəhər bələdiyyəsinin sədr müavinin eyni şəxs olduğunu bir daha sübut edir.
Qanunvericiliyə əsasən, Əsəd Əzizov biznes fəaliyyət ilə məşğul ola bilməz. Buna rəğmən, dövlət satınalmalarının vahid internet portalı üzərində apardığımız araşdırma zamanı məlum olub ki, Əsəd Əzizov satınalma müsabiqələrində fəal iştirak edir. O, təkcə bu il müxtəlif dövlət qurumları ilə çox sayda satınalma müqaviləsi bağlayıb.
Seyid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 22 Dekabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















