Icma.az
close
up
RU
Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirib

Dövlət Xidməti Naxçıvanda tədbirlər keçirib

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Naxçıvanda tədbirlər keçirilib. Əvvəlcə Dövlət Xidmətinin Naxçıvan şəhəri və Babək rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli surətdə yolasalma mərasimi təşkil edilib. 

525.az xəbər verir ki, yolasalma mərasimində Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının vəzifələrini müvəqqəti icra edən Əhməd Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aparatının idarə rəisi, polkovnik-leytenant Füzuli İsmayılov, Naxçıvan Hərbi Prokurorunun böyük köməkçisi, ədliyyə kapitanı Vilayət Seyidov, həmçinin çağırışçı və valideynlər çıxış ediblər. 

Sonra Əlahiddə Ümumqoşun Ordusunun hərbi qulluqçularının nümunəvi nümayişi göstərilib. Rəsmi hissə bitdikdən sonra hərbi xidmətə yola düşən çağırışçılar Vətənə şərəflə xidmət edəcəklərini söz verib, hərbi hissələrə yola salınıblar.

Daha sonra Naxçıvan şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər üçün “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda tədbir keçirilib. Görüşdə açılış nitqi ilə çıxış edən Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.

Mərasimdə çıxış edən Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov və Naxçıvan şəhər idarəsinin rəisi polkovnik-leytenant Sultan Zamanov gənclərə vətənpərvərlik hissi, qalib ölkənin əsgəri olmağın üstünlükləri, sağlam həyat, təhsil möhləti, qanunvericilik, rəqəmsallaşma və digər mühüm məsələlər barədə ətraflı məlumat veriblər. 

Tədbirdə iştirak edən Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış edərək öz təəssüratları ilə bölüşüblər. Rəsmi hissədən sonra konsert proqramı keçirilib.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti aylar ərzində davam etdirilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri