Dövlətçilik gücü və vətəndaş hüquqları ölkəmizin suverenliyini möhkəmləndirir Razi Nurullayev
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Dövlətçilik yalnız siyasi müstəqillik və ərazi bütövlüyü ilə ölçülmür, həm də dövlətin gücü, şəffaflığı və vətəndaşlara bərabər imkanlar yaratması ilə xarakterizə olunur". SİA xəbər verir ki, bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən Dövlət Suverenliyi Gününə həsr edilmiş konfransda bildirib.
Deputat qeyd edib ki, dövlətin sosial-iqtisadi inkişafı, insanların hüquqlarının qorunması və bölgələrin bərabər inkişafının təmin edilməsi ölkəmizin suverenliyinin əsas sütunlarını təşkil edir: “İqtisadi inkişafın nəticələri yalnız müəyyən qruplara deyil, bütün vətəndaşlara bərabər şəkildə çatmalıdır. İnsan hüquqları, vicdan azadlığı və sosial ədalət dövlətimizin möhkəmlənməsində əsas rol oynayır”.
O əlavə edib ki, regionların inkişafının dəstəklənməsi, sosial infrastrukturun yaxşılaşdırılması və hüquqi islahatlar suveren dövlətçilik prinsipinin qorunmasına xidmət edir: “Azərbaycanın gələcəyi və xalqımızın rifahı dövlətçilik və vətəndaş hüquqlarının birlikdə təmin olunmasından keçir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 19 Sentyabr 2025 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















