Icma.az
close
up
RU
Dövlətçilik tarixinin, milli adət ənənələrin, elm və mədəniyyətin təbliği hər zaman öz aktallığını qoruyur TƏHLİL

Dövlətçilik tarixinin, milli adət ənənələrin, elm və mədəniyyətin təbliği hər zaman öz aktallığını qoruyur TƏHLİL

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Hər bir milləti, xalqı dünyada tanıdan, eləcə də digər xalqlardan fərqləndirən milli adət-ənənələrə, yüksək mənəvi dəyərlər sisteminə, həmçinin qədim dövlətçilik tarixinə malik olmasıdır. Təsadüfi deyil ki, milli adət-ənənələr, onlar üzərində formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi, eləcə də dövlətçilik tarixi məhz qloballaşan dünyada hər bir millətin, xalqın mənəvi, mədəni simasını göstərir. Bu baxımdan da dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği hər zaman öz aktallığını qoruyur.

Dövlətin və xalqın var olması üçün onun dövlətçilik ənənələrinin, elm və mədəniyyətinin, eləcə də milli dəyərlərinin qorunması ən vacib şərt hesab olunur. Bu gün Azərbaycanın dövlətçilik tarixi, elm və mədəniyyəti uğurla təbliğ edilir, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində yüksək qiymət verilir və bu heç də əbəs yerə deyil. Azərbaycanda milli adət-ənənələr mühafizə olunması da təsadüfi sayılmır. "Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək, böyük qürur hissi duyur və sözsüz ki, bununla fəxr edir", deyə bəyan edən Ulu öndər Heydər Əliyev xalqımızın öz milli dəyərlərinə və mədəni irsinə bağlılığını qürur hissi ilə qeyd edib və bu da o deməkdir ki, sadalananlara böyük önəm verilir. Həqiqətən da, xalqımızın, Azərbaycan xalqının milli dəyərlərinə və mədəni irsinə bağlılığı dövlətçilik tarixinin qorunması üçün ən böyük töhfədir.

Azərbaycan xalqının əksər nümayəndələri tariximizin müxtəlif mərhələləri, həmçinin 30 illik müstəqillik dövrü barədə kifayət qədər məlumatlıdırlar. Bu şəkildə məlumatlı olmaq, eləcə də müstəqillik dövründə milli mənəvi dəyərlərin qorunmasına söykənən təbliğat işi əsasən 44 günlük Vətən müharibəsində öz bəhrəsini vermis oldu. Vətən müharibəsində heç zaman Qarabağda olmayan, həmin əraziləri yalnız mətbuatdan və dərsliklərdən tanıyan yeni nəsil Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında səfərbər olaraq, torpaqlarımızı işğal altında saxlayanlar üzərində Zəfər çaldı və ərazilərimiz işğaldan azad olindi. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan gəncliyi, Azərbaycan xalqı tariximizə böyük diqqət göstərir və dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda təbliği istiqamətində uğurlu addımlar atılır.

Torpaqlarımızın işğaldan azad edilməsi zamanı bir daha əmin olduq ki, həmçinin, milli-mənəvi dəyərlərimizin, eləcə də elm və mədəniyyətimizin təbliği istiqamətində də ölkəmizdə kifayət qədər vacib, lazımlı işlər görülüb. Bir daha əmin olduq ki, xalqımıza məxsus olan dəyərlərə sahib çıxan gənclik var və gələcəyimiz etibarlı əllərdədir. Gördük və şahidi olduq ki, torpaqlarımızın hər bir qarışı, bizə məxsus olan nə varsa, hər biri kifayət qədər dəyərli hesab olunur və dövlətçilik tariximizlə yanaşı, milli adət-ənənələrimiz də layiqincə dəyərləndirilir. Məhz 44 günlük müharibə dönəmində vətənin necə müqəddəs sayılmasına, dövlət və milli maraqlarımızın, eləcə də mədəniyyətimizin, tarixi reallıqların hansı səviyyədə qorunmasına da şahidlik etdik. Sözsüz ki, dəyərlərimizin bu qədər qorunması təsadüfi sayıla bilməz və bütün bunlar Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sayəsində əldə edilib.

Bəzən Avropa dəyərlərinin mənimsənilməsi və Avropaya inteqrasiya adı altında milli adət-ənənələrə zidd olan elementlərin təbliği ilə də rastlaşırıq və sözsüz ki, bu hal təəssüf doğurur. Ona görə ki, milli dəyərlərimizlə uzlaşmayan hər nə varsa, onun təbliği qəbuledilməz sayılır. Lakin reallıq bundan ibarətdir ki, bizdən asılı olmayaraq, bu prosesin içindəyik və qloballaşmanın dalğası ilə üz-üzə qalmaq məcburiyyətindəyik. Amma bunu da bilirik ki, qloballaşma nəticəsində bir çox xalqların, etnik qrupların dillərinin və adət-ənənələrinin itib getmək təhlükəsi də var. Belə bir təhlükə fonunda yalnız o dövlətlər və xalqlar öz dillərini, öz adət-ənənələrini qoruyub saxlaya biləcəklər ki, onlar özlərinə məxsus olan tarixi yaşadır, milli mənəvi dəyərlərini, elm-mədəniyyətini daim təbliğ edir. Milli kimliyini mühafizə edərək, gənc nəsilə ötürən cəmiyyət bir xalq və dövlət kimi daim mövcudluğunu qoruya bilir. Ona görə də təkcə hökümətimiz deyil, eləcə də hər bir Azərbaycan vətəndaşı dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğinə ciddi önəm verməlidir.

Unutmaq lazım deyil ki, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği elə dövlətçilik tarixinin inkişafı ilə birbaşa bağlıdır. Xalqımızın dövlətçilik ənənəsi yarandıqda və onun formalaşma dövründə milli adət-ənənələrin dövlətçiliklə həmahəng şəkildə uzlaşdığının tarix boyu şahidi olmuşuq. Şübhəsiz ki, milli bayramlar dövlətçiliyi ifadə edir və dövlətçiliyi də əks etdirir. Hər bir dövlət mütləq şəkildə milli bayramlar, adət-ənənələr və milli-mənəvi dəyərlərə sahibdir. Təsadüfi deyil ki, tarix boyu hökmdarlar milli bayramlarda xalqla görüşürdülər. Belə bir görüş isə, yəni, liderin xalqla görüşü isə dövlətçiliyin inkişafına ən böyük töhfələrdən sayılır. Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında bu baxımdan da mənəvi dəyərlərin rolu danılmazdır. Ona görə də cəsarətlə deyə bilərik ki, milli adət-ənənələrdə mövcud olan rəngarənglik, zəngin kolorit dövlətçiliyə xidmət edir və onun bütövlüyünü qoruyur.

Tarix boyu heç bir dövlətçilik ənənəsi olmayan, bizim zəngin dövlətçilik tariximizin olmasından qısqanclıq hissi keçrən mənfur düşmənlərimiz Azərbaycan xalqına məxsus dövlətçilik tarixini də, adət-ənənələrini də, elm və mədəniyyətini də tarixdən silməyə, ən azından saxtalaşdırmağa çalışıblar. Azərbaycan xalqına məxsus mədəniyyət abidələrini, dövlətçilik ənənələrimi sübut edən tikililəri dağıdan, yerində də özlərinə aid olan tikili quraşdıranlar bizə məxsus olan hər nəyə desən, sahib olmağa, özününküləşdirməyə can atıblar. Xalqımıza məxsus olan Alban Kilsələrini, Müsəlman Məscidlərini söküb yerlə-yeksan etməklə bizi öz tariximizdən məhrum etmək istəyənlərin məqsədi sonda bütün bu ərazilərə də, dövlətçilik tariximizə də, adət-ənənələrimizə də özləri çahib çıxamaq cəhdi, niyyəti olub və bu niyyətdən heç də əl çəkən görünmürlər. Bu baxımdan da qeyd etmək yerinə düşərdi ki, bizim cəbhə xəttində mübarizəmiz sona çatsa də, informasiya müharibəsi və qeyd olunanlarla bağlı mübarizə hələ də bitməyib. Nə zaman bitəcəyi də bəlli deyil. Ona görə də məhz döyüş meydanında qələbə qazandığımız kimi, informasiya müharibəsində də qələbə qazanmalıyıq və öz dövlətçilik tariximizə də, adət-ənənələrimizə də hər zaman, xüsusən bundan sonra da sahib çıxmalıyıq. Bunun üçün tariximizi yaxşı bilməli, daha dərindən öyrənməli və təbliğ etməliyik ki, kimlərsə özlərinin qondarma mifləri ilə həmin tarixə ləkə sala bilməsinlər. Bu isə onu deməyə əsas verir ki, dövlətçilik tarixinin, milli adət-ənənələrin, elm və mədəniyyətin təbliği hər zaman öz aktallığını qoruyur...

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Mart 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see197

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see130

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see130

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri