Mahir Emreli xəstələndiyi üçün Almaniya çempionatında sabiq klubu ilə oyunu buraxacaq
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 23 oktyabr, AZƏRTAC
Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqanın X turunda "Nürnberq"lə keçiriləcək oyunu da buraxacaq.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bir müddətdir əsas komandadan kənarda qalan hücumçu xəstələndiyi üçün məşqlərdə iştirak etmir.
Bundan başqa, İvan Prtajin və Ci Su Kimin də qarşıdakı turda meydana çıxması sual altındadır. Hər iki futbolçu zədədən sonra bərpa prosesi keçir və hələlik fərdi məşqlərlə kifayətlənir.
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə cari mövsümün əvvəlində "Nürnberq" klubundan keçib. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:Mahir Emreli Almaniya kubokunda fərqləndi
18 Avqust 2025 21:57
Mahir Emreli ilə maraqlanan Almaniya klubu bəlli oldu ÖZƏL
16 May 2025 21:53
Mahir Emreli Almaniya klubu ilə 3 illik müqavilə bağladı
19 İyun 2025 02:57
Mahir Emreli Almaniya klubundan ayrılacaq RƏSMİ
06 May 2025 16:46
Baxış sayı:56
Bu xəbər 23 Oktyabr 2025 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















