Dövlətə məxsus “Kotam” qırmadaş yatağının bir hissəsi özəlləşdirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Naxçıvan, 20 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin inzibati binasında yer təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil edilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hərraca Ordubad rayonu Ordubad bələdiyyəsinin sərhədləri daxilində yerləşən “Kotam” qırmadaş yatağının 2,2 hektar sahəsi çıxarılıb.
Başlanğıc qiyməti 49 700 (qırx doqquz min yeddi yüz) manat müəyyən edilən hərrac 68 000 (altmış səkkiz min) manatla yekunlaşıb.
Qeyd edək ki, hərrac Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə hərracların (auksion və müsabiqələrin) keçirilməsi Qaydaları”na uyğun olaraq həyata keçirilib.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 20 Avqust 2026 14:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















