Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Hamısı məhv edildi Kadırov

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Dövlətə xəyanətə görə daha bir nəfər tutuldu

Dövlətə xəyanətə görə daha bir nəfər tutuldu

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Elnur Tahir oğlu İsmiyevi həbs edib. Elnur İsmiyev Azərbaycan vətəndaşıdır. Həmin şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə yekun ittiham elan olunub və barəsində məhkəmənin hazırlıq iclası keçirilib.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsində dövlətə xəyanət kimi tpvsif olunan əməllərin dairəsi aydın göstərilib. Dövlətə xəyanət - "Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə—

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

Həmçinin maddədə belə bir qeyd var: "Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur".

Beləliklə bu maddə Azərbaycan Respublikasının vətəndaşına aiddir. Bu əməli törədən şəxsi əməlin ağırlıq dərəcəsindən asılı olaraq on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Əlbəttə, əgər şəxs xarici xüsusi xidmət orqanlarından aldığı tapşırığı yerinə yetirmədən, bu haqda Azərbaycanın müvafiq dövlət strukturlarına məlumat veribsə, dövlətə, ictimai mənafelərə zidd əməllərin qarşısının alınmasında öz dövlətinin hüquq-mühafizə, təhlükəsuzlik orqanları ilə əməkdaşlıq edibsə, həbsdən azad oluna bilər.

Elnur Tahir oğlu İsmiyevin 274-cü maddədə təsvir olunan hansı əməli və ya əməlləri törətməkdə ittiham olunduğu açıqlanmasa da məsələdir ki, ona qarşı irəli sürülən ittihamla ən azı on iki il müddətinə azadlıqdan məhrum edilə bilər. Elnur İsmiyevin hansısa xarici xüsusi xidmət orqanı ilə əlaqəsi haqda da rəsmi məlumat verilmir. Bu da anlaşılandır və əməliyyat-istintaq işlərinin maraqlarına və məntiqinə uyğundur. Lakin son günlər Rusiya ilə Azərbaycan arasında Rusiya tərəfdən qaynaqlanan gərginlik kontekstində ehtimal etmək olar ki, həbs olunan şəxs həmin xarici ölkənin kəşfiyyatına işləyib. Əslində, görünür, Azərbaycan təhlükəsizlik orqanları Elnur İsmiyev ətrafında uzun müddət işləyib, onun bütün mümkün əlaqələrini araşdırıb və izləyib, artıq toplanmış materiallar sonda həbs qərarının verilməsinə səbəb olub.

DTX-nin bu əməliyyatı da onu göstərir ki, xarici xüsusi xidmət orqanları iradəsi iflic, mənəvi dayaqları çürük olan Azərbaycan vətəndaşlarını tapır, qorxudaraq və ya şirnikləndirmə yolu ilə məxfi əməkdaşlığa cəlb edir, onların xidmətlərindən yararlanaraq, Azərbaycan dövlətinə və xalqına zərbə vurmağa çalışır. Bu cür əməllərə meyl edən Azərbaycan vətəndaşı bilməlidir ki, o, ən ağır cinayət törətməyə doğru gedir, törədir və ya artıq törədib. Ona görə də bu cür əməllərin ən ağır şəkildə cəzalanacağını da bilməlidir. İnsan hər hansı bir normal səbəbdən doğmalarından ayrı düşəndə, məsələn, uzaq səfərə gedəndə, darıxır, darılır, narahatlıq keçirir. O da ola, on iki il, iyirmi il, ən pisi ömürlük doğmalardan ayrı düşmək. Həm də hansı səbəbdən - öz dövlətinə xəyanətə görə. Buna normal insan niyə yol versin?! Bu cür əməllər heç bir halda, heç bir formada bəraət qazana bilməz. Bir sözlə, xarici dövlətlərə işləyən və ya buna cəhd edən hər kəs bilməlidir: Azərbaycanın əks-kəşfiyyatı əcəl kimidir: bu ağır cinayəti törədən harda olur-olsun, DTX onu axtarıb tapacaq. Demək istədiyim odur ki, əcəlinizə susamayın.

Əcəl demişkən, ömürlük həbs elə ölüm deməkdir. Gözlərin baxa-baxa ölməkdir. Unutmaq olmaz: ölümü gözləmək ölümün özündən də betərdir. Hansısa günlük maddi və sair şəxsi maraqlara görə bütpv ömrün üstündən xətt çəkməyə dəyməz. Hələ bir də bu, dövlətə xəyanət kimi qalın, qara xəttdirsə, heç olmaz.

Seyid Əhmədli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see387

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see370

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see308

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see301

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see301

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see296

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see288

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see272

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see241

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see231

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see229

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see228

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see223

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see221

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see219

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see204

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see194

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see173

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri