Dövlətimiz nə lazımdırsa, edir, edəcək VİDEO
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda məktəblərdə vahid geyim qaydalarının tətbiqi ətrafında yaranan gərginlik və bəzi xarici qüvvələrin ölkəmizin daxili işlərinə müdaxilə cəhdləri Baku TV-nin "Aktual gündəm" verilişində müzakirə olunub.
Verilişin qonağı - Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, məktəblərdə baş verən hadisələrin siyasiləşdirilməsinə cəhd göstərilir.
Onun sözlərinə görə, sosial şəbəkələr vasitəsilə insanları qarşıdurmaya sövq edən çağırışlar edilir.
Millət vəkili xüsusilə İrandakı müəyyən dairələrin Azərbaycandakı proseslərə müdaxilə etməyə çalışdığını iddia edib.
Ceyhun Məmmədov xaricdən Azərbaycana qarşı informasiya təxribatlarının aparıldığını da vurğulayıb. O, vətəndaşları təxribatlara uymamağa və ölkədə sabitliyin qorunmasına çağırıb.
"Bütün vətəndaşlarımız təmkinli, səbirli olmalıdır. Hamı təxribatdan qaçmalıdır. Dövlətimiz nə lazımdırsa, edir, edəcək", - deyə deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 12 Oktyabr 2026 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















