Icma.az
close
up
RU
Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Dövlətimizə qarşı çirkin kampaniyalar aparanların cəhdləri boşa çıxdı” ATXƏM sədri

Icma.az bildirir, Bizim media portalına istinadən.

“Bu günlər Bakı COP-un 29-cu sessiyasına, Paris razılaşmasının tərəflər görüşünün 6-sı sessiyasına ev sahibliyi edir. BMT-nin Baş katibi Antonio Quterreşin, Avropa Şurasının Baş katibi Alen Bersetin,  dövlət başçılarının, həmçinin, beynəlxalq təşkilatların, xüsusilə Türkdilli dövlətlərin demək olar ki, hamısının yüksək səviyyədə iştirakını, həm də iştirak edən nümayəndələrin çoxluğunu və COP29-un dünyada keçirilən ən böyük beynəlxalq konfranslardan biri olmasını nəzərə alsaq, ölkəmizə qarşı qarayaxma kampaniyalarının  artmasının səbəbi aydın olur”.  
Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri İlham İsmayılov deyib.
İ.İsmayılov bildirib ki, onların səs verərkən məqsədi belə böyük bir tədbirin keçirilməsinə qarşı dünyanın, əsasən də, Ermənistanın diqqətini siyasi dustaqlar məsələsinə çəkmək idi:
“Necə oldu ki, COP29-un Bakıda keçirilməsinə razılıq verənlər sonra birdən-birə etiraz etdilər. Bilirik ki, Avroviziya, Avropa Oyunları, İslam Həmrəylik Oyunları vaxtı da Azərbaycana qarşı belə kampaniyalar oldu. Lakin bu tədbirlərdən sonra Azərbaycan addım-addım tanındı, dünya Avropaya Azərbaycanın gözü ilə baxmağa başladı. Biz də getdiyimiz, tədbirlər keçirdiyimiz yerlərdə bizə olan münasibətin dəyişdiyini müşahidə edirdik, bizi gülə-gülə qarşılayırdılar”. 
ATXƏM sədri qeyd edib ki, bu gün  iqlim dəyişikliyi üçün ekologiyanı  çirkləndirən, zərərli qazların atmosferə yayılmasına səbəb olan Çin, Rusiya, Hindistan, Amerika kimi ölkələr daha çox narahat olmalıdırlar:
“Əgər Azərbaycan kimi bir dövlət belə böyük, mühüm bir tədbirə ev sahibliyi edirsə və narahatçılıq təbili çalınırsa, bu dövlətlər həmin kampaniyaya qoşulurlarsa, bu artıq məqsədyönlüdür. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda ermənilərin ekologiyanı məhv etmələri, həmin ərazilərdə törətdikləri vandalizm  göz qabağındadır. Əgər Ermənistan sülh tərəfdarı olsaydı, belə mühüm bir tədbirdə iştirak etmiş olardı. Lakin gördüyümüz kimi, Ermənistan terrorist bir dövlət kimi bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən tədbirə qatılmayıb.Beləliklə, dövlətimizə qarşı bu çirkin kampaniyaları aparanlar heç nəyə nail ola bilmədilər, cəhdləri boşa çıxdı”. 
İ.İsmayılov əlavə edib ki, COP29 çərçivəsində mühüm addımlar atılır, sazişlər imzalanır:
 

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevim, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü və onların yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalaması Mərkəzi Asiya və Qafqaz regionlarının əməkdaşlığında və Türkdilli dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsində yeni imkanlar açmış oldu.


Biz də vətəndaş cəmiyyəti təmsilçisi olaraq ölkəmizin təhlükəsizliyi və inkişafı naminə Prezident cənab İlham Əliyevin apardığı uzaqgörən siyasətə daim dəstək veririk. Düşünürük ki, bu cür dünya əhəmiyyətli tədbirlərin keçirilməsi təqdirəlayiqdir və nəticəsi qənaətbəxş olacaq”. (Demokrat.az)
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see213

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see202

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see173

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see167

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see153

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see151

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see143

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see142

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see137

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see135

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see135

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see133

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see131

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see130

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see129

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see128

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see127

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see122

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri