Icma.az
close
up
RU
Dövlətimizə sevgi və sədaqətin rəmzi

Dövlətimizə sevgi və sədaqətin rəmzi

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Sahib Şükürov,

YAP Göyçay rayon təşkilatının sədri

Bayraq hər bir millətin və milli dövlətin mühüm, ən müqəddəs rəmzlərindən biridır. Bayraq millətin varlığının, mövcudluğunun sübutudur. Bayraq eyni zamanda müstəqil dövlətə sahib çıxmaq bacarığının əsas göstəricisidir.

2009-cu il noyabrın 17-də Prezident cənab  İlham Əliyevin imzaladığı Sərəncama əsasən  hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Qürur mənbəyimiz olan Dövlət Bayrağımız 1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib və  İclasın keçirildiyi Azərbaycan Xalq Cumhurriyyəti Nazirlər Şürasının binası üzərində qaldırılıb. 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

Üçrəngli bayrağımız ikinci dəfə, o dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb.  1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağı Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Dövlət bayrağımiz bərabər enli üç üfiqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Bayrağındakı üç rəngin ifadə etdiyi və 20-ci əsrin əvvələrindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, Müasirlik və İslamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev  hər zaman bayraq sevgisinin Vətən sevgisi qədər uca olduğunu vurgulayaraq deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarını azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o bu bayraq altında birləşməlidir ”.

2020-ci il sentyabrın 27-dən başlanmış Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz  30 il ərzində işgal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı qüvvələri  birgünlük lokal xarakterli antiterror tədbirləri həyata keçirərək, düşmənin qanunsuz silahlı dəstələri məhv etdi. Və beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi  tam olaraq  bərpa olundu.

Bu gün xalqımız Bayraq Gününü  böyük qürurla, sevinclə qeyd edir. Çünkü möhtəşəm üçrəngli bayrağımız ölkəmizin bütün yerlərində Xankəndidə, Xocalalıda, Ağdərədə, Xocavənddə, Qarabağımızda  dalğalanır. Qürur  mənbəymiz olan üçrəngli bayrağımız heç zaman enməyəcək, daim ən yüksəkdə dalğalanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri