Icma.az
close
up
RU
İrandakı prezident seçkilərindən sonra dövlətimizlə münasibətlərin müsbət yöndə dəyişdiyini görürük

İrandakı prezident seçkilərindən sonra dövlətimizlə münasibətlərin müsbət yöndə dəyişdiyini görürük

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

“ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru adlı beynəlxalq siyasətin müzakirəsinə həsr olunan tədbir keçirilib. Yeddinci dəfə keçirilən bu tədbirdə ötən müddətdə altmış ölkədən iki yüzdən artıq ekspert və alim Bakıda və Qarabağın dörd şəhərində keçirilmiş müzakirələrdə iştirak edib. Bu il isə ADA Universitetinin beynəlxalq konfransına rekord sayda - 80 xarici ölkə vətəndaşı qatılıb. Prezident İlham Əliyevin forumdakı çıxışı Azərbaycan reallıqlarının beynəlxalq aləmə çatdırılması, həmçinin regionda və dünyada baş verən dəyişikliklərin müzakirəsi, ədalətə, beynəlxalq hüquqa, əməkdaşlığa çağırışlar baxımından olduqca əhəmiyyətli rol oynayır”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, ADA Universitetində keçirilən forumun əsas müzakirə mövzusu yeni dünya nizamının formalaşdırılması, ədalət və beynəlxalq hüququn mövcudluğunu təsdiqləməklə yanaşı, onların fonunda qarşılıqlı etimad mühitinin qorunmasıdır.

Müşfiq Cəfərov

“Prezident İlham Əliyev “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxış edərkən İranla Azərbaycan münasibətlərindən danışarkən bildirib ki, “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”. Bəli, Azərbaycan bütün qonşularıyla qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinə maraqlıdır. İrandakı son seçkilərdən sonra dövlətimizlə münasibətlərin müsbət yöndə dəyişdiyini də görürük. Hətta seçkilərdən sonra ilk dəfə İran Prezidenti Məsud Pezeşkian Azərbaycan dilində müsahibə verdi. Prezident müsahibəsində Cənubi Azərbaycandakı problemlərin, Urmiya gölündə qurumanın qarşısının alınması və ana dilində təhsil problemlərinin həllinə söz vermişdi”-deyə deputat vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Aprel 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri