Icma.az
close
up
RU
Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?

Saatlıq maaş sistemi işçilərə nə qazandıracaq?

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ölkədə minimum əmək haqqının saatlıq minimum əmək haqqı formasında tətbiq olunması bazar iqtisadiyyatı şəraitində yaranan yeni əmək münasibətlərinin tələbidir. Ənənəvi minimum əmək haqqı sistemi daha çox aylıq əmək müqaviləsi ilə çalışan işçilər üçün uyğun idi. Ancaq indi əmək bazarında frilanserlərin, qismən işləyənlərin və tam iş günü çalışmayan şəxslərin sayı artır. Bu səbəbdən əmək münasibətləri əvvəlki kimi yalnız tam ştat üzərində qurulmur. İnsanlar artıq 10 saatlıq, 30 saatlıq və ya fərqli müddətli əmək müqavilələri ilə çalışırlar. Aylıq minimum maaş isə bu münasibətləri tam şəkildə əhatə edə bilmirdi.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli Azərbaycanda minimum saatlıq əmək haqqının tətbiqi perspektivlərindən danışarkən deyib.

İqtisadçının sözlərinə görə, minimum əmək haqqı dövlətin işçilərin hüquqlarını qorumaq üçün müəyyən etdiyi əsas sosial təminat mexanizmlərindən biridir və saatlıq sistemə keçid nəzarət imkanlarını da genişləndirəcək:

“Dövlət bununla müəyyən edir ki, işəgötürən işçiyə müəyyən olunmuş minimum məbləğdən aşağı əmək haqqı ödəyə bilməz. Saatlıq minimum əmək haqqı Əmək Müfəttişliyi və Vergi Xidməti üçün də əmək münasibətlərinə nəzarəti daha şəffaf edəcək.

Yeni model xüsusilə tam ştatla işləməyən şəxslərin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Bu yanaşma həm işçilərin gəlirlərinin daha şəffaf müəyyən edilməsinə, həm də vergilərin düzgün hesablanmasına kömək edir. Tam ştat üzrə aylıq əsasda çalışan şəxslər üçün isə ciddi dəyişiklik gözlənilmir. Bu, minimum əmək haqqının azaldılması deyil, əmək bazarının yeni şərtlərinə uyğunlaşdırılmasıdır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 May 2026 07:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri