Icma.az
close
up
RU
Hüquqi dövlətin təməli...

Hüquqi dövlətin təməli...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Ölkəmizin keyfiyyətcə yeni və səmərəli fəaliyyət mərhələsinə qədəm qoymuş məhkəmə-hüquq islahatları var. Məhz həmin islahatlar ədliyyə orqanlarının inkişafına yönəlib. Dünya təcrübəsi də göstərir ki, hüquqi dövlətin qurulmasının təməlində möhkəm ədliyyə sistemi dayanır. Möhkəm ədliyyə sisteminin yaradılması isə əzm və iradə tələb edir.

Ümumiyyətlə, ədliyyə sözünün mənası çox genişdir. Mükəmməl ədliyyə sistemi olan dövlətdə vətəndaşların hüquq və azadlıqları, qanun qarşısında bərabərlikləri təmin olunur. Bu gün ədliyyə işçilərinin peşə bayramıdır. Heydər Əliyev tərəfindən imzalanmış 11 noyabr 2000-ci il tarixli Sərəncamla Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Sağlam zəmində qurulan vətəndaş-məmur münasibəti

İnsanlara layiqli xidmət, vətəndaş məmnunluğu ədliyyə işçilərinin fəaliyyətinin əsas prioritetidir. Dövlət başçısının tələbləri daim rəhbər tutulmaqla vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə daim diqqət və qayğı ilə yanaşılmasına şahid oluruq. İcra intizamına və etik davranış qaydalarına əməl olunması ədliyyə işçilərinin ən ümdə vəzifələridir və sevindirici haldır ki, onlar bu vəzifələri layiqincə yerinə yetirirlər.

Ədliyyə sahəsində texnoloji yeniliklər

Son illər bütün sahələrdə olduğu kimi ədliyyə sahəsində də yeni texnoloji nailiyyətlərin şahidi oluruq. Belə ki, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi vasitəsilə müəyyən notariat hərəkətləri məsafədən daha asan, sürətli və rahat həyata keçirilir. Dövlət orqanları arasında ən çox istifadə edilən “Mobil notariat” tətbiqinin istifadəyə verilməsi, eyni zamanda, ölkə hüdudlarından kənarda olan vətəndaşlarımız üçün daha çox yararlı olub.

Ədliyyə işçiləri Prezidentin ətrafında sıx birləşiblər

Bu gün fəxrlə söyləyə bilərik ki, Azərbaycan iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlərdəndir. Ümumiyyətlə, son 23 ildə Ədliyyə Nazirliyində peşə bayramının qeyd olunması ədliyyə işçiləri tərəfindən geniş miqyaslı olmaqla bərabər, xüsusi maraq və böyük ruh yüksəkliyi ilə qeyd edilir.

Azərbaycanın bütün ədliyyə işçiləri dövlət başçısının ətrafında sıx birləşib. Şanlı Zəfərlə Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq azad edilmiş ərazilərdə ədliyyə və məhkəmə fəaliyyətinin bərpa olunması, bu orqanların infrastrukturunun yaradılması, onların işinin təşkili üzrə zəruri tədbirlərin görülməsi isə ədliyyə sahəsində çalışanların qarşısında duran mühüm vəzifələrdəndir.

Ədliyyə işçilərini peşə bayramları münasibətilə təbrik edir, onlara qanunun aliliyi və insan hüquqlarının təmin olunması kimi şərəfli fəaliyyətlərində yeni nailiyyətlər arzulayırıq!

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Noyabr 2024 08:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri