Icma.az
close
up
RU
Tovuzda qoyulan “təməl daşı”

Tovuzda qoyulan “təməl daşı”

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

RƏŞAD QASIMOV

Martın 28-də Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılışı gerçəkləşdi. Tədbirə Tovuz Rayon İcra Hakimiyyətinin, AFFA-nın, Peşəkar Futbol Liqasının rəhbərliyi, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlər qatılmışdı.
Ümumi sahəsi 3 min kvadrat metrdən çox ərazini əhatə edən buna zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdi ki, bura da 30 otaq daxildi. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı, məşqçilər, həkimlər və inzibati işçilər üçün də ayrıca otaqlar ayrılıb. Burada futbolçuların vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tennis, bilyard, videooyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi də yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.
Bəlkə də bu, çoxları üçün adi bir tədbir kimi görünə bilər. Amma məhz həmin əsas korpus infrastruktur baxımından "Turan Tovuz"un işlərini olduqca asanlaşdıracaq. Belə ki, əvvəllər akademiya binasında həm əsas komanda, həm də aşağı yaş qruplarının futbolçuları məskunlaşırdı. Təbii ki, bu da müəyyən çətinliklər yaradırdı.
Yeni bina istifadəyə verildikdən sonra əsas komanda ilə akademiya bir-birindən ayrılacaq və bu da bütün oyunçuların şəraitini yaxşılaşdıracaq.
Ümumiyyətlə, "Turan Tovuz" Akademiyasının gələcəkdə Azərbaycan futboluna yeni simalar bəxş edəcəyi heç kimdə şübhə doğurmur. Çünki qərb təmsilçilərimizdən istər "Turan Tovuz", istərsə də "Kəpəz" futbol bölgəsidir. Gəncə və Tovuz həmişə ölkəmizə adlı-sanlı simalar bəxş edib.
Tovuz futbolunun yetirmələri daim ölkəmizdə üzdə olanlar sırasında dayanıb. Bu torpağın neçə-neçə yetirməsi milli komandamızın şərəfini qoruyub. Açılış mərasimində çıxış edən qərb təmsilçisinin rəhbəri Ehtiram Quliyev də bu məqama xüsusi toxanaraq Tovuzda futbolun irsi olduğunu xatırlatdı. O, bölgədə futbolun inkişafı üçün əllərindən gələni edəcəklərini və Prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini söyləməklə də yadda qaldı. Quliyev AFFA-nın hər zaman yanlarında olduğunu deməklə layihənin tək bölgə üçün deyil, ölkə fitbolunun inkişafına yönləndiyini nümayiş etdirdi.
AFFA-nın İnkişaf Strategiyasının əsas tezislərindən biri də məhz infrastruktur layihələrinin həyata keçirilməsidi.
İstənilən diskussiyada futbolumuzun ən böyük probleminin uşaq futboluna diqqətin ayrılmaması göstərilir. Tovuzda bu cür layihənin start götürməsi gələcəyə nikbin boylanmağa əsas verir. Əlbəttə, bu, bünövrədi, "daşların yerinə oturması" üçünsə 5, 7, bəlkə də 10 il zaman lazımdı. Ancaq nə zamansa başlamalısan ki, qaranlıq tunelin sonunda işıq görəsən.
Ancaq heç vaxt "avazın yaxşı gəlir, oxudiğun Quran olsa", - atalar məsəlimizi unutmaq olmaz. Bəli, layihə və ideyanı alqışlamaq lazımdı. Ancaq uşaqların düzgün inkişafı üçün savadlı mütəxəssislərin olması indiki məqamda ən vacib amildi. "Avazla kitab" üst-üstə düşəcəyi təqdirdə isə yaxın illərdə mərhələli şəkildə əvəlcə Tovuzun aşağı yaş qrupları üzrə komandalarının inamlı çıxışı, ardınca yeniyetmə və gənclər yığmalarımıza axını və nəhayət, əsas milliyə yüksəlişinin şahidi olacağıq. Belədə, ölkə daxilində rəqabət də artacaq və…
Və ən əsası Tovuz akademiyası ilə kifayətlənmək olmaz, çünki bir güllə bahar gəlmir. Bütün bölgələrdə bu cür layihələri həyata keçirmək gərəkdi. Bax, onda AFFA-nın İnkişaf Strategiyasının kağızda yox, əməldə həyata keçirməsini iddia edə biləcəyik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://sport24.az
archiveBu xəbər 30 Mart 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see355

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see347

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see305

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see282

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see271

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see270

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see255

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see231

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see231

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see223

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see213

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see211

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see210

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see210

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see199

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see199

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see194

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see193

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see187

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri