Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

“Dövrün insanı” unudulmur

“Dövrün insanı” unudulmur

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu film görkəmli özbək dövlət xadimi və yazıçısı Şərəf Rəşidovdan bəhs edir

Xalqlar, millətlər əsrlər, minillikər boyu inkişaf və tərəqqi yolu keçirlər. Bu yol heç vaxt rahat, hamar olmur. Bəzən xalqı, dövləti üçün danılmaz xidmətləri olan şəxslər belə qara qüvvələr tərəfindən haqsız təqiblərə, ədalətsizliyə məruz qalırlar. XX əsrin II yarısında Özbəkistanın görkəmli dövlət xadimi, ünlü yazıçı Şərəf Rəşidov karyerasının son dönəmində şər və böhtanlarla üzləşib.

Yəqin ki, nisbətən yaşlı nəslin yadındadır, 1980-ci illərin əvvəllərində Kreml heç bir əsas olmadan, qondarma ittihamlarla özbək xalqının yetirdiyi bu böyük siyasətçiyə və 24 il ərzində rəhbəri olduğu ölkəyə qarşı haqsız hücumlara başlayıb. Gözlənilməz ağır və qərəzli ittihamlara dözməyən Şərəf Rəşidovun ürəyi 1983-cü il oktyabrın 31-də “müəmmalı” şəkildə əbədi dayanıb. Bundan sonra SSRİ Prokurorluğunun müstəntiqlərinin (başçıları erməni Telman Qdlyan və Nikolay İvanov) əli ilə minlərlə özbək vətəndaşı saxta ittihamlarla həbsxanalara atılıb, onların bir hissəsi ağır işgəncələrə dözməyib oradaca həyatını qeyb edib.

1991-ci ildə, özbək xalqının sevimli rəhbərinin dünyasını dəyişməsindən 8 il sonra Sovet İttifaqı tarixin arxivinə gömülüb və Özbəkistan Respublikası öz müstəqilliyini elan edib. Bu gün bu azad, suveren qardaş ölkə regionda bütün sahələrdə böyük uğurlar qazanan dövlətlərdən sayılır. Qədim və şərəfli tarixi olan Özbəkistan bu gün müstəqillik yolu ilə irəlilədikcə, burada sovet dönəmindən qalma bir çox milli dəyərlərə yenidən baxılıb. Görkəmli siyasətçi Şərəf Rəşidovun vaxtilə xalqı və dövləti qarşısındakı xidmətləri etiraf edilərək ona qarşı ədalətli mövqe sərgilənib.

...Bugünlərdə özbək mətbuatı yazıb ki, bu il avqustun 1-də uzun illər Özbəkistana rəhbərlik etmiş Şərəf Rəşidova həsr olunan “Dövrün insanı” adlı sənədli film nümayiş etdirilib. Film bu ölkədə kifayət qədər populyar olan “Zo’r TV” kanalında eyni vaxtda həm özbək, həm də rus dillərində yayımlanıb. Geniş tamaşaçı auditoriyası filmi böyük maraq və diqqətlə izləyib. Tamaşaçıların böyük əksəriyyətinin filmlə bağlı reaksiyası müsbət olub.

Daşkənd qəzetləri yazırlar ki, “yaradıcı heyət filmin qəhrəmanının timsalında və o dövrün şahidlərinin xatirələrinə əsaslanaraq, ötən əsrin ikinci yarısının, xüsusilə 1960-1980-ci illərin ictimai-siyasi, iqtisadi və mədəni həyatının nailiyyətlərini və səciyyəvi xüsusiyyətlərini təqdim etməyə çalışıb”.

Məlumat üçün bildirək ki, filmin çəkilişləri Özbəkistan, Belarus və Rusiya dövlətlərinin ərazilərində aparılıb. “BWG Production” və “7SABER” studiyalarında istehsal olunan filmdə Özbəkistan Elmlər Akademiyasının akademikləri Şöhrət Yeamberdiyev və Sədulla İskəndərov, milliyyətcə özbək olan məşhur kosmonavt, aviasiya general-mayoru Vladimir Canıbekov, dünya şöhrətli memar Serqo Sutyaginin və digər nüfuzlu ziyalıların görkəmli siyasətçi Şərəf Rəşidov barədə səmimi ürək sözləri səsləndirilib. Bundan əlavə, kinolentdə SSRİ Nazirlər Sovetinin keçmiş sədri Nikolay Rıjkovun Özbəkistan Respublikasının sabiq birinci katibi haqqında xatirələri yer alıb.

Ekspertlər hesab edirlər ki, yaradıcı heyət film üzərində gərgin əmək sərf edib. Təkcə bir faktı qeyd edək ki, filmin araya-ərsəyə gəlməsi düz 6 il çəkib. “Dövrün adamı”nın ssenari müəllifi və rejissoru Ruslan Saliyev sənət əsərinin əsas məramı barədə jurnalistlərin suallarına cavabında deyib: “Filmin mərkəzi fiquru, təbii ki, Şərəf Rəşidovdur, lakin bu, həm də öz dövrünün şərtləri daxilində inanılmaz nəticələr əldə edərkən, qurub-yaradan, təbii ki, müəyyən səhvlərə də yol verən bir nəslin hekayəsidir. Bu film tez-tez bir-birini müşayiət edən sevinc və kədərdən, həmçinin insanların həyatının necə asanlıqla “kontekstdən qoparılıb” “damnatio memoriae” (latınca “'yaddaşın lənətlənməsi” deməkdir – red.) taleyinə məhkum edilə biləcəyindən bəhs edir.”

Rejissor sonra filmin bir sıra üstün məziyyətləri barədə fikirlərini bölüşərkən əlavə edib ki, “film heç də akademik tədqiqat əsəri deyil, tamaşaçılar üçün yaradılıb. “Dövrün insanı” geniş auditoriya üçün nəzərdə tutulub və bugünkü və gələcək nəsillərin maarifləndirilməsi üçün çəkilib. Əgər film tamaşaçılarda heç də çox uzaqda olmayan tariximizi daha dərindən öyrənməyə maraq oyadarsa, deməli, bütövlükdə, məqsədimizə nail olmuşuq”. Ümumi rəy belədir ki, rejissor qarşısına qoyduğu əsas hədəfi – tarixi həqiqəti real boyalarla əks etdirmək ideyasını reallaşdıra bilib.

Filmin baş prodüsseri Şerzod Umarov, operatoru Sarvar Sabirov, səs prodüseri isə Kamran Tuyçiyevdir. Yeri gəlmişkən, sonuncunun sözlərinə görə, musiqi tərtibatının əsas məqsədi filmdə müasir səslənməni qoruyub saxlamaqla yanaşı, həmin dövrün ab-havasını da əks etdirmək olub. Filmdə özbək xalq musiqisindən də geniş istifadə edilib.

Xatırladaq ki, “BWG Production” kinostudiyasının peşəkar kollektivi əvvəllər “Həmid və Zülfiyyə”, “Özbək rəqsinin əfsanələri” və “Xəyalpərəstlər” (eyni zamanda, ingilis dilinə dublyaj edilib – “Dreamers”) filmlərini, həmçinin Abdulla Qədirinin “Ötən günlər” əsəri əsasında çəkilmiş 15 dəqiqəlik “Sədaqət” musiqili qısametrajlı filmi istehsal edib. “Xəyalpərəstlər” filmi bir neçə il əvvəl Kann (Fransa) şəhərində keçirilən kinofestivalda “Ən yaxşı maarifləndirici film” mükafatına layiq görülüb.

“Sədaqət” filmi isə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yerləşən ən qədim kinoteatrlarından biri “QUAD Cinema” da BAFF (“Baltik – Amerika Azadlıq Fondu–red) beynəlxalq qurumunun təşəbbüsü ilə okeanın o tayında nümayiş olunan ilk özbək musiqili filmi olub. “Dövrün insanı” filminin yaxın günlərdə keçmiş MDB və digər ölkələrdə nümayiş etdiriləcəyi gözlənilir.

Bu yerdə qeyd etməyə dəyər ki, Azərbaycan xalqı Özbəkistanın görkəmli siyasətçisi Şərəf Rəşidovun şəxsiyyətinə həmişə dərin ehtiram bəsləyib. Onun Azərbaycana rəğbəti hər kəsə bəlli idi. Ulu öndər Heydər Əliyevin isə Şərəf Rəşidovla çox yaxın dostluq münasibətləri olub. Xatırladaq ki, 1996-cı ildə Prezident Heydər Əliyev Özbəkistan Prezidenti İslam Kərimovla Bakıda görüşü zamanı Şərəf Rəşidovun xalqlarımız arasında böyük xidmətlərindən söz açdıqdan sonra deyib:

“…Nəhayət, bir dövlət xadimi kimi Şərəf Rəşidovun özbək və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində oynadığı böyük roldan ayrıca danışmaq istəyirəm. O, Azərbaycanda dəfələrlə olmuş, bizim bir çox yazıçı və şairlərimizlə əlaqə saxlamışdır. Məni də onunla böyük şəxsi dostluq telləri bağlayırdı. Xatirimdədir, 1980-ci ildə burada, bu salonda biz onunla bir stol arxasında əyləşmişdik və Azərbaycan xalqının böyük bayramını qeyd edirdik. Şərəf Rəşidov bizim əziz qonağımız idi”.

Ümummilli lider sonra xatırladıb ki, Azərbaycanın tanınmış Xalq yazıçısı Mirzə İbrahimov və başqaları Şərəf Rəşidovun bir çox romanlarını dilimizə tərcümə ediblər. Bu romanlar 1970-ci illərdə Azərbaycanda kütləvi tirajla buraxılıb. Həmin dövrdə iki ölkə arasında mədəni əlaqələrin inkişafında çox mühüm əlamətdar hadisə baş verib. Belə ki, görkəmli Azərbaycan bəstəkarı Arif Məlikov özbək xalqının böyük oğlu Şərəf Rəşidovin librettosu əsasında “İki qəlbin əfsanəsi” adlı balet yazıb. Balet Şərəf Rəşidovun povesti əsasında yazılıb. Əsər 1970-ci illərin sonunda Daşkənd Opera və Balet Teatrında böyük müvəffəqiyyətlə göstərilib.

Ümummilli lider Heydər Əliyev həmin unudulmaz günləri qədirbilənliklə yada salaraq deyib: “Yadımdadır, rəhmətlik Şərəf Rəşidov, Arif Məlikov buna çox sevinirdilər. Buna mən də sevinirdim, çünki bu, qardaşlıq münasibətlərimizi, əlaqələrimizi bir daha təsdiqləmişdi”.

Azərbaycan xalqı qədirbilən xalqdır və öz həqiqi dostlarını heç vaxt unutmur. Əlamətdar haldır ki, Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycana səfər edən Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə söhbət zamanı ulu öndər Heydər Əliyevin özbək xalqına böyük hörmət və məhəbbət bəslədiyini xüsusi vurğulayıb: “Mən hələ yeniyetmə idim, onun Şərəf Rəşidoviç Rəşidovla sıx dostluq münasibətlərinin şahidi olmuşam. Onlar qardaşcasına dostluq edirdilər və yadımdadır, qondarma “Yenidənqurma” illərində müəyyən dairələrin törətdiyi ədalətsizlik ona çox mənfi təsir göstərmişdi. Söhbət “özbək işi” adlandırılan məsələ barədə idi. Bunu edən “məşhur” adamlar Qdlyan və İvanov idilər. Onlar təkcə Özbəkistana deyil, hesab edirəm ki, bizim hamımıza çox böyük ziyan vurdular”.

AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Şahbaz Şamıoğlu Azərbaycan-özbək ədəbi əlaqələrinin güclənməsində görkəmli özbək yazıçısı Şərəf Rəşidovun böyük rol oynadığını bildirdi. İki xalq arasında ədəbi əlaqələr hələ orta əsrlərdən başlayaraq tarixən güclü olub və bu gün də uğurla davam edir. Professor dedi: “Eyni zamanda, vurğulamaq istəyirəm ki, dünyanın indiki bu qarışıq dönəmində Turan xalqları arasında birik və həmrəyliyin gücləndirilməsi həyati əhəmiyyət kəsb edir. Ona görə ki, hələ də regionda türk dilli xalqlarının azad, müstəqil inkişafını gözü götürməyən qüvvələr mövcuddur və onlar hər vəchlə aramızda təfriqə salmağa cəhd edirlər. Bu aşkar və gizli təhdidlərə qarşı ayıq-sayıq olmalıyıq”.

Sonda yalnız bunu deyə bilərik: Əlahəzrət zaman ən ədalətli hakimdir. Özbək xalqı bir vaxtlar Kremlin dirijorluğu ilə sovet mətbuatının əsassız hədyanlar yağdırdığı görkəmli siyasətçi, dövlət xadimi, yazıçı Şərəf Rəşidovun zəngin siyasi-mədəni, ədəbi irsinə böyük hörmətlə yanaşaraq, onu layiqincə və yüksək dəyərləndirir. Göründüyü kimi, ilahi ədalət gec-tez öz yerini tutur.

Məsaim ABDULLAYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Avqust 2026 07:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri