Icma.az
close
up
RU
Dr.Bəxtiyar Musayev: “Mərkəzi Gömrük Hospitalı davamlı inkişaf yolu keçərək, ölkənin qabaqcıl tibb müəssisələrindən birinə çevrilib”

Dr.Bəxtiyar Musayev: “Mərkəzi Gömrük Hospitalı davamlı inkişaf yolu keçərək, ölkənin qabaqcıl tibb müəssisələrindən birinə çevrilib”

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni ilə saylı saatlar qalıb. Qarşıdan Yeni – 2026-cı il gəlir. Biz də Yeni il qabağı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının rəisi-Baş həkim, tibb xidməti polkovniki, tibb elmləri doktoru Bəxtiyar Musayevlə söhbətləşdik, yola saldığımız ilin uğurlarını xatırladıq, gələn ilə planlar barədə danışdıq. Baş həkim Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin dəstəyi ilə Hospitalın 2025-ci ildə əldə etdiyi nailiyyətlər, tətbiq edilən mürəkkəb cərrahi əməliyyatlar, həyata keçirilən tədbirlər və sosial aksiyalar barədə ətraflı məlumat verdi. Müsahibəni hörmətli izləyicilərimizə təqdim edirik.

-Bəxtiyar həkim, 2025-ci il Sizin üçün, rəhbərlik etdiyiniz Mərkəzi Gömrük Hospitalı üçün necə il oldu, hansı əlamətdar hadisələrlə yadda qaldı?

-Mən deyərdim ki, 2025-ci il təkcə Mərkəzi Gömrük Hospotalı üçün deyil, ümumiyyətlə respublikamız üçün uğurlu il oldu.

İlk növbədə, 2025-ci il Azərbaycan tarixinə “Konstitusiya və suverenlik ili” kimi düşdü. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addım oldu. Bu il həm də müstəqil və müasir Azərbaycanımızın tarixinə unudulmaz gün kimi daxil olan Zəfər bayramının 5 illiyini qeyd etdik. Düz 5 il əvvəl Azərbaycan xalqının yazdığı Zəfər dastanı yaddaşlarda hünər, qeyrət, igidlik, ədalət nümunəsi kimi qaldı.

Azərbaycanın son illərdə əldə etdiyi ən mühüm siyasi və diplomatik uğurlardan biri də 2025-ci ilin Vaşinqton razılaşması oldu. ABŞ Prezidenti Donald Trampın iştirakı və şahidliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazda uzunmüddətli sülh gündəliyinin formalaşmasına təkan verdi.

Hazırda işğaldan azad olan ərazilərimizdə böyük layihələrin həyata keçirilməsi ilə yenidənqurma və bərpa işləri geniş vüsət alıb. Böyük Qayıdış davam edir, köç karvanları işğaldan azad edilmiş torpaqlarımıza üz tutur, insanlar illər boyu həsrətində olduqları doğma yurdlarına qayıdır.

Cəsarətlə deyə bilərəm ki, 2025-ci il Mərkəzi Gömrük Hospitalı üçün də uğurlu oldu.

2008-ci ildə möhtərəm prezidentimiz cənab İlham Əliyevin xeyir-duası ilə fəaliyyətə başlayan Mərkəzi Gömrük Hospitalı dekabrın 25-də 17 illiyini qeyd etdi. 2025-ci il Hospitalımız çox gərgin iş rejimi ilə seçildi. Bu illər ərzində Mərkəzi Gömrük Hospitalı davamlı inkişaf yolu keçərək, maddi-texniki bazasını və kadr potensialını gücləndirərək ölkənin qabaqcıl tibb müəssisələrindən birinə çevrildi.

Bu il Hospitalımız bir çox yeniliklərə imza atdı. İlk növbədə, nəinki ölkəmizdə, Cənubi Qafqazda ilk dəfə olaraq meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları uğurla həyata keçirilmişdir.

- Növbəti sualımız da elə bu barədədir. Bəxtiyar həkim, hazırda dünya tibbinin gündəmində olan ən aktual məsələlərdən biri insan həyatını xilas edən, müəyyən orqanın funksiyasını bərpa edə bilən orqan transplantasiyası əməliyyatıdır. Bəzən xəstənin həyatda qalması üçün bu əməliyyat yeganə çıxış yolu olur. Belə xəstələr günlərlə, aylarla donor gözləyir, bəziləri isə donor çatışmazlığı səbəbindən həyatını itirir. Son vaxtlar bunun da çarəsi tapılıb – meyit donordan orqan transplantasiyasına start verilib. Bu barədə nə deyə bilərsiz?

– Bu gün artıq ölkəmizdə orqan transplantasiyasının ən vacib sahələrindən biri – meyit donorlardan qaraciyər, böyrək və gözün buynuz qişasının transplantasiyası əməliyyatları inkişaf etməkdədir. İnanılmazdır ki, qısa zamanda Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi və digər aidiyyəti dövlət və ictimai qurumların, din xadimlərinin və sıravi vətəndaşların aktiv təşviqi, iştirakçılığı və dəstəyi sayəsində meyit donordan orqan transplantasiyası işi uğurla quruldu. Mərkəzi Gömrük Hospitalı olaraq canlı donordan böyrək və qaraciyər transplantasiyası əməliyyatları icra edirdik. Bu prosesin psixoloji və emosional tərəfindən tutmuş inzibati, tibbi, hüquqi və sosial aspektlərini bu dövrdə təkmilləşdirməyə nail olmuşuq. Lakin, meyit donordan orqan köçürülməsində ölkədə və regionda birinci olmaq həm şərəfli, həm də təşkilati baxımdan olduqca yeni və mürəkkəb idi. Meyit donorların olması orqan qıtlığının azaldılmasına mühüm töhfə vermiş oldu. Koordinasiya Şurası ilə sıx əməkdaşlıqda 2025-ci ilin fevral ayında Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq Mərkəzi Gömrük Hospitalında Orqan Transplantasiyası şöbəsinin transplantoloqu, Səhiyyə əlaçısı, t.ü.f.d. Mircəlal Kazımi, transplantoloq Kamran Beydullayev və peşəkar komanda tərəfindən qaraciyər sirrozundan əziyyət çəkən xəstəyə meyit donordan qaraciyər və böyrək uğurla köçürülmüşdür. Fevral ayından başladığımız orqan köçürülməsi əməliyyatları uğurla nəticələndikcə, bu iş sürətlənməyə başladı. Noyabr ayında 4 belə əməliyyat baş tutdu. Toplam olaraq il ərzində Hospitalımızda meyit donordan istifadə edilərək 9 qaraciyər və 12 böyrək transplantasiyası əməliyyatı icra edilib və qürurla deyə bilərəm ki, bu əməliyyatların hamısı uğurla başa çatıb. Oktyabr ayında meyit donordan orqan nəqli ilə bağlı ilk təcrübəmizi Sumqayıtda bölüşdük.

“Regionda İlk: Meyitdən Orqan Nəqli – Uğurlu Təcrübədən Gələcəyə Doğru” mövzusunda keçirilən Beynəlxalq Elmi Konfransda Azərbaycandan və Türkiyədən dəvət olunmuş həkimlər iştirak etdilər. Onlar ölkəmizdə meyitdən orqan nəqlinin həyata keçirilməsinin milli səhiyyə tarixində mühüm mərhələ olduğunu qeyd etdilər. Əminəm ki, bu uğur Azərbaycan həkimlərinin yüksək peşəkarlığının bir daha təsdiqidir və bu iş dövlətin diqqət və qayğısı sayəsində həyata keçirilir. Bu sahədə atılan addımlar tezliklə ölkəmizdə transplantologiyanın inkişafına böyük töhfə verəcək.

Ümumiyyətlə, beyin ölümünün diaqnostikası və meyitin orqan donoru kimi istifadəsində ilk konfransların təşəbüsçüsü bizim Hospital olub. Bütün bu işlərdə Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin əvəzolunmaz dəstəyi olmuşdur.

- Mərkəzi Gömrük Hospitalı son vaxtlar hansı yenilikləri həyata keçirib?

– Yuksək komfort və müasir tibbi avadanlıqla təmin olunmuş Mərkəzi Gömrük Hospitalında texniki baxımdan ən murəkkəb olan və cərrahiyyənin zirvəsi sayılan urək-damar və orqan transplantasiyası əməliyyatları, xəstələrdə ürəkdə aorto-koronar şuntlama və digər açıq urək əməliyyatları, TAVİ, EVAR kimi invaziv mudaxilələr, uroloji rekonstruktiv əməliyyatlar, travmatoloji əməliyyatlar və digər əməliyyatlar icra olunur, yuksək keyfiyyət standartlarına cavab verən diaqnostika, terapevtik və cərrahi mualicə xidmətləri gostərilir.

- Bu il 30 oktyabr – 1 noyabr tarixlərində biz Baku Expo Mərkəzində keçirilən 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex 2025”-də təmsil etdiyiniz Mərkəzi Gömrük Hospitalının da fəaliyyətini əks etdirən stendi gördük. Bu barədə bir qədər məlumat verərdiniz.

Bu il ilk dəfə idi ki, bizim Hospital Azərbaycanın səhiyyə sahəsində mühüm tədbirlərdən olan “Medinex 2025” sərgisinə qatılmışdı. Stendimizi ziyarət edən rəsmi nümayəndələrə, gənc həkimlərə, həkim-rezidentlərə və ziyarətçilərə Hospitalın 2025-ci ildəki fəaliyyət istiqamətləri, həyata keçirilən yeniliklər, əldə olunan mühüm nailiyyətlər, innovativ tibbi xidmətlər, eyni zamanda Orqan Transplantasiyası şöbəsinin transplantoloqu Mircəlal Kazımi və onun komandası tərəfindən uğurla icra olunan və Azərbaycanın səhiyyəsində böyük nailiyyət kimi qiymətləndirilən meyit donordan qaraciyər və böyrək transplantasiyası əməliyyatları barədə ətraflı məlumat verildi.

- Mərkəzi Gömrük Hospitalı uzun illərdir ki, bir sıra sosial aksiyalarda fəal iştirak edir. Bu il bu aksiyalar davamlı olaraq keçirilibmi?

- Sentyabr ayında Qala qəsəbəsində şəhid və qazi ailələrinin üzvləri və qəsəbənin sakinləri üçün Anım Gününə həsr olunmuş tibbi sosial aksiya keçirildi. Diaqnostik avadanlıq və böyük həkim kollektivi ilə sosial aksiya çərçivəsində müraciət edən hər kəs müayinə edildi. Növbəti sosial aksiya - 28 oktyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində “SOS Uşaq Kəndləri”nin anaları üçün “Təməl həyata dəstək (BLS)” mövzusunda təlim və tibbi müayinələr həyata keçirildi. Artıq bir neçə ildir ki, biz bunu ənənə halına salmışıq və növbəti illərdə də davam etdirməyi nəzərdə tutmuşuq.

- Ən böyük layihələrin, ən gözəl işlərin, qazanılan uğurların arxasında müəssisənin rəhbəri və onun komandası durur. Hospitalın da uğurlarının əsasını burada işləyən yüksəkixtisaslı həkim heyəti, bacarıqlı orta tibb işçiləri təşkil edir. Onların ixtisas dərəcələrinin, peşəkarlıqlarının artırılması üçün Hospitalda hansı işlər görülür?

- Tibbi personalın davamlı olaraq yerli və beynəlxalq təlimlərə, konfranslara cəlb olunması Hospitalın elmi-praktik potensialının artmasına şərait yaradır. Hospitalın yüksəkixtisaslı həkimləri müntəzəm olaraq nəinki ölkəmizdə, həm də xarici ölkələrdə təşkil olunan beynəlxalq konfranslarda, qurultaylarda, konqreslərdə, simpoziumlarda, seminarlarda, təkmilləşdirmə kurslarında bilik və bacarıqlarını artırırlar. Həkimlər beynəlxalq səviyyəli bu tədbirlərdə moderator, təlimçi kimi iştirak ediblər, aktual mövzularda çıxışlar ediblər, hətta nümunəvi əməliyyatlar icra ediblər. Bu il həkimlərimiz Böyük Britaniya, Çin Xalq Respublikası, Cənubi Koreya, Türkiyə, Finlandiya, Niderland Krallığı, Qazaxıstan, Özbəkistan, Gürcüstan və digər ölkələrdə təşkil olunan mötəbər tədbirlərdə Azərbaycanı təmsil edərək, öz bilik və bacarıqları, qazandıqları təcrübələri ilə bölüşüblər. Mərkəzi Gömrük Hospitalının bütün şöbələrində çalışan tibb bacıları və tibb qardaşları həkimlərlə çiyin-çiyinə işləyərək pasiyentlərin müayinə və müalicə prosesində fəal iştirak edirlər. Onlar da istər ölkəmizdə, istər ölkəmizdən kənar təşkil olunan konfranslara qatılırlar. Buna misal olaraq, noyabr ayında Hospitalın tibb bacılarının “Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin Tibb bacısı və Mamalıq sahələri üzrə I Elmi-Praktik Konfransı”nda iştirakını qeyd etmək istərdim. Müasir səhiyyə sistemində keyfiyyətli xidmətin və sağlamlıq sisteminin davamlı inkişafında tibb bacılarının rolu böyükdür, məhz buna görə də onların bu cür tədbirlərdə iştirak etməsi onların peşəkarlığını artırır, operativ qərarvermə bacarıqlarını formalaşdırır.

Hospitalının tibb heyətinin peşəkarlığının artırılmasında həyata keçirilən tədbirlərin böyük rolu olub. 2025-ci ilin mart ayında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qaraciyər transplantasiyasında anesteziyanın və əməliyyatdan sonra intensiv terapiyanın xüsusiyyətləri” mövzusunda respublikanın aparıcı ekspertlərinin görüşü, aprel ayında “Xəstəxanadaxili infeksiyaların idarə olunmasında müasir tendensiyalar və innovativ yanaşmalar” mövzusunda ekspertlərin zirvə görüşü, mayda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans, oktyabr ayında “Ortopediya və Tibbi Reabilitasiyada Müasir Yanaşmalar” mövzusunda Elmi-praktiki seminar, dekabrda isə Ümummilli Lider Heydər Əliyevin Anım Gününə həsr edilmiş “Zərərli vərdişlərlə mübarizə və sağlam həyat tərzi” üzrə könüllü gömrükçülərin III Forumu keçirilmişdir.

- Bəxtiyar həkim, Hospitalda gənclərin də çalışdığını görürük. Bunlar rezidentlər, könüllü gömrükçülər, tələbələrdir. Onlarla iş necə qurulub?

- Artıq 6 ildir ki, Mərkəzi Gömrük Hospitalında Azərbaycan Tibb Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının, 1 saylı Bakı Tibb Kollecinin, 2 saylı Bakı Baza Tibb Kollecinin və Naxçıvan Dövlət Universitetinin tələbələri tədris keçir. Hospital rezidentlər üçün müstəqil klinik baza rolunu oynayır. Bu klinik bazada tibb universiteti və kollec tələbələri üçün subbakalavr, bakalavr və rezidentlik səviyyəsində tədris həyata keçirilir. Bu il rezidentlərin sayı 90-ı keçib. Onlar rezidenturanı bitirdikdən sonra ölkəmizin müxtəlif tibb müəssisələrində fəaliyyətlərini davam etdirirlər. Çox sevindirici bir haldır ki, rezidenturanı bitirdikdən sonra həkimlərdən bir neçəsini və tibb kolleclərini bitirən tibb bacılarının və tibb qardaşlarının müəyyən hissəsi fəaliyyətlərini Hospitalda davam ediblər. Bu onu göstərir ki, biz hazırladığımız kadrların biliyinə, bacarıqlarına əminik və xəstələrimizi onlara etibar edə bilirik.

- İl ərzində beynəlxalq səviyyədə imzalanan Əməkdaşlıq memorandumları haqqında bir qədər məlumat verərdiniz.

- 2025-ci ildə Hospitalın həyatında iki belə əlamətdar hadisə oldu. Onu da bildirim ki, 5 ildən artıq müddətdə biz Türkiyənin Florence Nightingale Healthcare International Group ilə sıx əməkdaşlıq edirik. Bu, tərkibində həm xəstəxanaları, həm də tibb təhsilinə yönəldilmiş universitet və tibb bacıları məktəbi olan bir qurumdur. İlkin imzaladığımız memorandumdan 5 il keçir və memorandumun müddəti 5 il olduğu üçün biz onu bu il yenilədik. Xüsusilə vurğulamaq istərdim ki, bu illər ərzində bizim gözəl partnyorluğumuz alındı. Florence Nightingale Healthcare International Group-un professorları, həkimləri, mütəxəssisləri bizim təşkil etdiyimiz elmi konfranslarımızın, elmi tədbirlərimizin, sosial aksiyalarımızın əksəriyyətində yaxından iştirak ediblər, bizə yardımçı olublar. Bu ikitərəfli əməkdaşlığın bəhrəsini görürük və bu əməkdaşlığı davam etdirməyi düşünərək, növbəti 5 il üçün əməkdaşlıq memorandumunu imzalamışıq.

Digər bir əməkdaşlıq memorandumu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə Böyük Britaniyada yeni yaradılmış Britaniya-Azərbaycan Həkim və Stomatoloqlar Assosiasiyası arasında imzalanmışdır.

Hesab edirəm ki, bu memorandum Azərbaycan səhiyyə sistemində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, elmi-tədris əlaqələrinin gücləndirilməsi və qabaqcıl Britaniya tibbi təcrübəsinin ölkəmizdə tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.

- Maraqlı və ətraflı müsahibəyə görə təşəkkürümüzü bildiririk. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir, bu məsul və şərəfli işinizdə uğurlar diləyirik.

- Mən də fürsətdən istifadə edib Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, doğma Vətənimizə sülh və əmin-amanlıq arzulayıram.

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 Dekabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see296

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see163

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see150

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see146

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri