Icma.az
close
up
RU
Dream Fest in parlayan AZƏRBAYCANLI MƏŞHURLARI KİMLƏR OLDU?

Dream Fest in parlayan AZƏRBAYCANLI MƏŞHURLARI KİMLƏR OLDU?

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ötən gün paytaxtda yayının əsas hadisəsi olan "Dream Fest" beynəlxalq musiqi festivalı start götürüb.

BAKU.WS xəbər verir ki, hələ üç gün davam edəcək tədbir "Sea Breeze Resort"un sahilində təşkil edilib. İlin həyəcanla gözlənilən festivalında Azərbaycanın Xalq artistləri və xeyli sayda tamaşaçı iştirak edib. Məşhurlar əvvəl firuzəyi xalıya çıxıblar. Onlar xalıda yerli mətbuatın suallarını cavablandırıblar. Musiqinin ən yaxşıları Xəzərin sahilində keçirilən "Dream Fest" xalısında ulduz kimi parlayıblar. 

Xalq artisti Emin Ağalarov

Emin Ağalarov "Dream Fest" beynəlxalq musiqi festivalına ailəsi ilə birlikdə qatılıb. O firuzəyi xalıya anası İrina Ağalarova, bacısı Şeyla və xanımı Alyona Qavrilova ilə birlikdə çıxıb.

Xalq artisti Aygün Kazımova

Ölkənin əsas ulduzu Aygün Kazımova "Dream Fest" musiqi festivalında xalıya çıxıb. Xalq artisti geyimi ilə göz qamaşdırıb. Modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edən Pop kraliça bej rəngli, qaşlı geyim seçib. Kazımova media nümayəndələrinin suallarını cavablandırıb.

Xalq artisti Tünzalə Ağayeva

Xalq artisti Tünzalə Ağayeva da "Dream fest" beynəlxalq musiqi festivalında iştirak edib. Festivalın ilk günündə qırmızı xalıdan keçən pop ulduz rəngli və retro ab-havalı obrazı ilə diqqət mərkəzində idi. Estrada ulduzunun geyimi "Sultan Couture" brendinə məxsusdur. Look "Sevgi obrazı" adlanır. Ulduz təəssüratlarını da bölüşüb.

"Dream fest" Azərbaycanın ən böyük, meqa festivalıdır. Gözəl soydaşımız, dəyərli dostumuz Eminin təşəbbüsü ilə keçirilən festivalda artıq ikinci ildir iştirak edirəm. Eminə bu cür mədəni hadisələri təşkil etdiyi üçün təşəkkürümü bildirirəm. Hər şey möhtəşəmdir. Bu gün "Əfsanə adlı yeni mahnım işıq üzü gördü və onu ilk dəfə məhz "Drem fest" səhnəsində səsləndirəcəyim üçün çox həyəcanlı və xoşbəxtəm" -deyə o bildirib. 

Xalq artisti Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva ölkənin ən böyük musiqi festivalı olan "Dream Fest" xalısına çıxıb. O, qara geyimi və saç aksesuarı ilə diqqət çəkib.

Estrada ulduzunun obrazı üzərində məşhur dizayner Rüfət İsmayıl və Elnur Həsənov olub.

Xalq artisti Faiq Ağayev

Xalq artisti Faiq Ağayev də "Dream Fest" də iştirak edib. O da həmkarları kimi firuzəyi xalıdan keçərək jurnalistlərin suallarını cavablandırıb. 

Müğənni Aysel Teymurzadə

Müğənni Aysel Teymurzadə uzun müddət sonra ötən gün "Dream Fest"in açılış mərasimində səhnəyə çıxıb. Sənətçi festivalın ilk günündə firuzəyi xalıya uzun yarıqlı və sinə dekolteli libasda çıxıb. İfaçı jurnalistlərin suallarını cavablandıraraq yeniliklər etdiyini və ailəsinin də ona dəstək olduğunu bildirib.

Müğənni Nigar Camal

Nigar Camal "Dream Fest"in müzakirələr yaradan ifaçısı olub. O xalıya qara rəngli bodidə çıxıb. 

Müğənni Samirə Əfəndi

Avroviziya təmsilçəlirimizdən olan Samirə Əfəndi də "Dream Fest"də parlayan məşhurlardan olub. O fərqli tərzli geyimi ilə xalıya çıxıb. 

Müğənni Zamiq Hüseynov

 Müğənni Zamiq Hüseynov "Dream Fest"də xalıya çıxan sənətçilər arasında olub. O firuzəyi xalıda jurnalistlərin suallarını cavablandırıb. 

Müğənni Roza Zərgərli

Müğənni Roza Zərgərli də "Dream Fest"də iştirak edib. O firuzəyi xalıya açıq çəhrayı rəngli libası ilə çıxıb. Roza fit görünüşü ilə marağa səbəb olub. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:326
embedMənbə:https://baku.ws
archiveBu xəbər 24 İyul 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri