Dronlarla mübarizə və Gripen üçün komplektləşdirici hissələrə 500 milyon dollar ayrılacaq
Icma.az, Avtosfer saytına istinadən bildirir.
İsveç dronlarla mübarizə vasitələrinə və qırıcı təyyarələr üçün komplektləşdirici hissələrə 500 milyon dollardan çox vəsait ayıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin məlumatında bildirilib.
"İsveç silahlı qüvvələrin dronlarla mübarizə sahəsində imkanlarının gücləndirilməsi və "JAS 39 Gripen"in imkanlarının genişləndirilməsi üçün 5 milyard İsveç kronundan (520 milyon dollar) çox investisiya yatırır", - sənəddə qeyd edilib.
Bildirilib ki, bu investisiyalar müvafiq silahların və komplektləşdirici hissələrin tədarükü müddətlərini 2036-cı ildən 2028-ci ilə qədər qısaltmağa imkan verəcək. Bu məbləğdən 3,5 milyard kron (təqribən 367 milyon dollar) dronlarla mübarizə vasitələrinə, 1,5 milyard kron (təqribən 157 milyon dollar) isə "JAS 39 Gripen" qırıcıları üçün komplektləşdirici hissələrə xərclənəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 16 Noyabr 2025 00:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















