Icma.az
close
up
RU
Dr.Sədi Allahverdiyev beynəlxalq konqresdə elmi təqdimatla çıxış edib

Dr.Sədi Allahverdiyev beynəlxalq konqresdə elmi təqdimatla çıxış edib

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

24-26 aprel 2025-ci il tarixlərində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən XXI Beynəlxalq Konqresdə Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d. Dr. Sədi Allahverdiyev “Uşaqlıq miomalarının cərrahi müalicəsi sonrası hamiləlik nəticələri” mövzusunda təqdimatla çıxış edib. SİA xəbər verir ki, konqres Çexiya Endometrioz və Uşaqlıq Patologiyaları Cəmiyyətinin təşkilatçılığı ilə baş tutmuş, dünya üzrə tanınmış mütəxəssislərin iştirak etdiyi mühüm elmi platforma kimi diqqət çəkib.

Dr. Sədi Allahverdiyev çıxışında uşaqlıq miomalarının müxtəlif lokalizasiya və ölçülərinin hamiləlik zamanı törətdiyi dəyişikliklər, miomaların hamiləlik nəticələrinə mənfi təsirləri, cərrahi müdaxilə zərurəti və əməliyyatdan sonrakı dövrdə hamiləliyin gedişi ilə bağlı aktual elmi bilgiləri iştirakçılarla bölüşüb. O, klinik təcrübələrə və müasir elmi araşdırmalara əsaslanaraq, bu sahədə düzgün tibbi yanaşmanın əhəmiyyətini vurğulayıb.

Sessiya böyük maraqla qarşılanmış və təqdimatın sonunda 30 dəqiqə davam edən aktiv diskussiya zamanı iştirakçıların sualları ətraflı cavablandırılıb. Müzakirə zamanı doğuş sonrası reproduktiv nəticələr, cərrahiyyənin riskləri və doğuş planlaşdırması məsələləri ön plana çıxarılıb. Tədbirdə Mərkəzi Gömrük Hospitalının digər nümayəndəsi, mama-ginekoloq, t.ü.f.d. Dr. Mehriban Əmirova da iştirakçı qismində iştirak edib.
Konqresin xüsusi bölməsi olan Azərbaycan - İsrail Müştərək Milli Sessiyası Uşaqlıq və Endometrioz üzrə

Avropa Cəmiyyətinin Prezidenti, professor Francisco Carmona və XXI Beynəlxalq konqresin Prezidenti, tanınmış çexiyalı ginekoloq Dr.Lubomir Mikulasek tərəfindən yüksək qiymətləndirilib. Onlar Azərbaycan nümayəndə heyətinin elmi hazırlığını, klinik yanaşmalarını və beynəlxalq əməkdaşlığa verdiyi töhfəni xüsusi vurğulayıblar.

Mərkəzi Gömrük Hospitalının
PR üzrə mütəxəssisi Dilarə Zamanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 Aprel 2025 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see284

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see269

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see260

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see260

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see258

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see252

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see246

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see244

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see235

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see227

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see221

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see221

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see218

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see212

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see208

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see207

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see206

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see198

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri